Icma.az
close
up
RU
Ortaq türk qüdrəti

Ortaq türk qüdrəti

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Bu gün Prezident İlham Əliyevin Qazaxıstana səfəri başlayıb. Son 3 ildə sayca yeddinci olan bu səfər olan Azərbaycan-Qazaxıstan münasibətlərinin yüksək səviyyəsini və strtaeji məzmununu əks etdirir.
Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr qədim tarixi ənənəyə - ortaq türk kimliyi, islam həmrəyliyi, oxşar mədəni irsə və zəngin mənəvi dəyərlərə əsaslanır. Məhz bu şərəfli tarixi təməllər üzərində qurulan çoxəsrlik münasibətlər əsil qardaşlıq və dostluq ruhunda inkişaf edərək müstəqillik qazanmış hər iki dövlətin həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik formatını müəyyənləşdirib.
Ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işlənib hazırlanıb ki, bu da siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlığı təmin edib. Həmin sənədlər arasında Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi vurğulana bilər. Bu sənəd tərəflərin əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.
Son illərdə qarşılıqlı etimad mühitində irəliləyən əlaqələrə dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri dərin töhfələr verib. Belə ki, Cənab İlham Əliyevin qardaş ölkəyə son 3 ildə yeddi səfəri, eləcə də Prezident Kasım-Jomart Tokayev həmin müddət ərzində Azərbaycana gerçəkləşən altı dəfə səfəri ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji niyyəti nümayiş etdirir.
Azərbaycan və Qazaxıstan çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.
Rəsmi Astana və Bakı uzun illərdir ki, nümunəvi enerji əməkdaşlığı platforması qurub, habelə nəqliyyat-logistika sahəsində region ölkələri üçün yeni cığırlar açır. Həmin nəhəng marşrutlardan biri kimi Orta Dəhlizin xüsusi strateji yerini qeyd etmək olar. 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafına dair Yol Xəritəsi sənədini imzalayıb ki, bu sazişiə əsasən Dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq. Nəticədə Çindən Mərkəzi Asiya (Qazaxıstan) ilə Azərbaycana uzanacaq nəhəng komunikasiya Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini tam təmin edəcək.
Yeri gəlmişkən, Qazaxıstan azad olunmuş ərazilərimizdə də Azərbaycanla çiyin-çiyinə çalışır, Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzində hazırda 100-ə yaxın uşaq təhsil alır. Qazaxıstan Qarabağ və Şərqi-Zəngəzurda digər quruculuq və rifah layihələrinə də töhfə vermək niyyətindədir.
Azərbaycan ilə Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də yaxın əməkdaşlıq edir. BU təşkilat iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.
Bu günlərdə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə rəsmi Astana bir daha bəyan etdi ki, Azərbaycanla birgə yeni qardaşlıq əsərləri ərsəyə gətirəcək.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri