Icma.az
close
up
RU
"Azərbaycan tolerantlığın unikal nümunəsidir"

"Azərbaycan tolerantlığın unikal nümunəsidir"

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Tolerantlıq hər hansı fərdə və ya qrupa məxsus yanaşmaların, inancların, fikirlərin və mövqelərin digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirləri ilə razılaşmasan belə, dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır. Tolerantlıq sənin kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Tolerantlıq din və vicdan azadlığıdır.

Tolerantlıq başqalarının haqqlarına və hüquqlarına hörmətdir. Tolerantlıq müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə qarşı insanın mədəniyyət səviyyəsinin ölçüsüdür. İnsanı təəssübkeşlikdən uzaqlaşdıran, radikallıqdan xilas edən ictimai amildir.

Tolerantlıq ideyası XVI-XVII əsrlərdə Avropada baş verən dinlə əlaqəli münaqişələrin nəticəsində aktuallaşmağa başlayıb. Bunun ortaya çıxması dini etiqadla bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəd kimi qəbul edilir. Lakin həmin müqavilədən sonra baş verən 30 illik müharibə ərəfəsində nümayiş olunan dözümsüzlük tolerantlığın formalaşmadığını göstərdi. Tolerantlıq Qərb dünyasında yumşaq ifadə ilə qeyd etsək, dini təəssübkeşliyin at oynatdığı ölkələrdə əsrlər boyunca tədricən formalaşaraq ortaya çıxıb.

Azərbaycanda isə bu ənənənin kökləri daha qədimlərə uzanır. Belə ki, eramızdan əvvəl 586-cı ildə Babil hökmdarı II Novuxodonosurun Qüdsü işğal etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan ərazilərində özlərinə daha rahat hiss edə bildilər. I əsrin ortalarında Hz.İsa peyğəmbərin ardıcılları Azərbaycan ərazilərinə qədəm basdılar. Onlar burada Alban aftokefal kilsəsinin əsasını qoydular. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük, tolerantlıq ənənələri daha da möhkəmləndi. Tarixçilər həmin dövrlərdə müsəlmanların müsəlman olmayanlara, xüsusilə də yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı hörmətlə yanaşdıqlarını qeyd edirlər.

Azərbaycan xalqı bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına həmişə böyük diqqət göstərib. Başqa konfessiyaların nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindən birinə çevrilib. Bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət daşıyır. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc və mehriban yaşamasının unikal nümunəsidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanıb və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilib. Ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.


Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurub. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar.

Gündüz İsmayılov bildirib ki, müxtəlif dinlərin və mədəniyyətlərin mənsubları arasındakı əlaqələr, dialoq bəşər sivilizasiyasının inkişafı, müxtəlif mədəniyyətlərin qorunub təkmilləşməsi üçün əsas amillərdəndir:

"Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə sayıla bilər. Ona görə də bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinin Azərbaycan olduğunu rahatlıqla qeyd edə bilərik. Azərbaycan əhalisinin 95 faizi müsəlmandır. İslamın bildirdiyi tolerantlığı yaşayan azərbaycanlılar dünyaya tolerantlıq nümunəsi göstərirlər. Ənənə halına gələn tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul edilir".

O qeyd edib ki, ölkədə formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Bu əsas qanunda da öz əksini tapıb: “Konstitusiyaya əsasən, hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Sovet dövründə müxtəlif məqsədlər üçün istifadə edilən, yaxud qapısı kilidli olan məbədlərin açılması dini tolerantlığa dövlət tərəfindən verilən töhfələrdir. Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan olan krişnaçılar, bəhailər və sair dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla yerinə yetirirlər. Ölkədə onlarla qeyri-islam təmayüllü məbədlər fəaliyyət göstərir”.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri hesab edilir: “Müxtəlif dinlərin nümayəndələri ölkədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Dövlət dinlərarası münasibətlərin tənzimlənməsi üçün davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir, həm islam, həm də qeyri-islam icmalarına maliyyə yardımları ayırır. Yəni, Azərbaycanda dövlətin diqqət və qayğısından yalnız müsəlmanlar deyil, bütün dinlərin nümayəndələri yararlanır. Dini ibadət yerləri də daim dövlət nəzarətindədir. Yalnız məscidlər deyil, həm də xristian kilsələri və yəhudi sinaqoqları da dövlət tərəfindən təmir və bərpa edilir. Məsələn, 2011-ci ildə Bakının mərkəzində sinaqoq inşa edilib və yəhudi vətəndaşların istifadəsinə verilib. Bundan başqa, paytaxtda erməni kilsəsi dövlət tərəfindən daim mühafizə edilir. Həmin kilsədə erməni dilində 5 min ədəbiyyat nümunəsi qorunub saxlanılır. Eyni zamanda, dövlət icmalarla görüşlər keçirir, dini bayramlarda Prezident İlham Əliyev müvafiq dinlərin nümayəndələrini təbrik edir. Qeyd etmək lazımdır ki, dövlət son illərdə respublikada yüzlərlə məscidi təmir etdirib. Şuşada, həmçinin işğaldan azad edilmiş digər ərazilərdə də dini abidələrin qorunması, eləcə də tolerantlığın inkişafı uğurla həyata keçirilir. Bu, bir daha sübut edir ki, ölkədə tolerantlığın inkişafı dövlətin xüsusi diqqətindədir”.

Sevinc,

BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Aprel 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri