"Böyük klub olmaq istəyiriksə..." Valdas Dambrauskas
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Sabah" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra matç barədə fikirlərini bölüşüb:
"Milliyə yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir. Ümid edirəm ki, zədəsiz qayıdacaqlar. Komandada qalan futbolçularla isə işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftə istirahət vermişəm. Qayıtdıqdan sonra çempionatın ikinci hissəsinə hazırlaşacağıq və oyun-oyun irəliləyəcəyik.
Özümə gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bölgələrini gəzmək, yeni yerlər görmək və istirahət etmək istəyirəm. Son üç ayda, xüsusən Çempionlar Liqasının təsnifat mərhələlərini və mövsümün startını nəzərə alsaq, qrafikimiz çox gərgin olub. Yay dövründəki çıxışımızı 10 ballıq sistemlə qiymətləndirsəm, ən yüksək balı verərdim. Yalnız “Mançester Yunayted”lə oyunda bir qədər daha yaxşı çıxış edə bilərdik.
Milli fasilədən sonra əvvəlcə “Neftçi”, ardından “Slaviya” və “Qəbələ” ilə oynayacağıq. Daha sonra isə Dortmund “Borussiya”sı və “Qarabağ”la qarşılaşacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Belə səviyyədə çıxış edirsinizsə, bu ritmə davam gətirməlisiniz. Böyük klub olmaq və belə çağırışları qəbul etmək istəyiriksə, bu maneələri dəf etməli və inkişaf etməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Sentyabr 2026 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















