Icma.az
close
up
RU
"Martin Fransa kəşfiyyatının Azərbaycanla bağlı 50 yə yaxın tapşırığını icra edib" Casusun işində yeni faktlar

"Martin Fransa kəşfiyyatının Azərbaycanla bağlı 50 yə yaxın tapşırığını icra edib" Casusun işində yeni faktlar

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.

Prosesdə Martin Ryan vəkillərin suallarını cavablandırıb. O bildirib ki, Fransa səfirliyinin əməkdaşları ilə görüşməkdə məqsədi səfirliklə əlaqə yaratmaq olub: "Bu, iş adamı kimi mənim üçün vacib idi. Amma Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyim barədə sonradan Frederik Devosla söhbət edəndən sonra bildim. Onun suallarından məndə belə bir təsəvvür yarandı ki, potensial agentdir. Bunu onun verdiyi suallardan da başa düşdüm. Sonradan Frederik Devos getdi və onu əvəz edən şəxs də eyni hərəkətləri edirdi. Onun hərəkətlərindən başa düşülürdü ki, özünü sadə diplomat kimi aparmırdı. Onunla da çox görüşümüz olub. Mən həmin şəxslərlə görüşməkdən maddi mənfəət güdməmişəm. Onlarla dostluq münasibətim olub. Pul qoparmaq və ya vəzifə almaq məqsədim olmayıb. Əsas məqsədim bir iş adamı kimi təhlükəsizliyimin təmin olunması üçün onlarla əlaqəm olub".

Martin Ryan bildirib ki, 44 günlük Azərbaycan-Ermənistan arasında olan müharibə dövründə daha sıx görüşləri olub. “Mən Frederik Devosa görüşlərimizin bir problem olub-olmayacağı barədə soruşdum. O zaman Frederik Devos dedi ki, heç bir problem yoxdur".

Daha sonra sərbəst ifadə verən Azad Məmmədli bildirib: "Mən Fransa xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməmişəm. Mənə əməkdaşlıq barədə təklif ediblər. Amma bunu rədd etmişəm. Mən Böyük Britaniya Krallığında olduğum zaman Martin mənə zəng edib və biz söhbət etmişik. Bununla bağlı iş materiallarında səs yazılarımız var. Bizim aramızda heç bir qanunsuz hərəkət və söhbət olmayıb. Mənə 9 epizod üzrə ittiham verilib".

Azad Məmmədli bildirib ki, Fransa səfirliyinin əməkdaşları kimi təqdim olunan və həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları - Frederik Devos və Loran Lödi ilə Martin Ryanın vasitəsilə tanış olub. Onun sözlərinə görə, ona heç bir imtiyaz və digər söz verilməyib, belə bir söhbətləri də olmayıb: "Martin Bakıda yaşadığı evində qonaqlıq verib. Məni də digər tanışları kimi həmin qonaqlığına çağırıb. Mən də həmin qonaqlıqda iştirak edən zaman Frederik Devos da ora gəlib. Buradan belə nəticəyə gəlmək olar ki, mənim Frederik Devosla süni görüşümüz görüntüsünü yaradıblar. Mən özüm bu işdə zərərçəkmişəm. Çünki Martin 9 Azərbaycan vətəndaşının onlarla əməkdaşlıq etməsi barədə görüntü yaradıb və onlara təqdim edib. Onlardan da biri mənəm. Mənim özümün icazəm və xəbərim olmadan haqqımda olan məlumatları onlara verib. İndi burada Martin yalan danışır. Deyir ki, guya mən Frederik Devosa 2021-ci ildə suallar verəndə onun xüsusi xidmət orqanının əməkdaşı olduğu nəticəsinə gəlmişəm. Amma Martin Frederik Devosla 2020-ci ildə əməkdaşlıq edib. Vətən müharibəsi dövründə işlər görüb. Burada sual ortaya çıxır ki, niyə görə həmin dövrdə Frederik Devosun xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib. Bundan il yarım sonra onun xüsusi xidmət orqanının əməkdaşı olduğunu müəyyən edib. Analiz edəndə burada Martinin yalan danışdığı açıq-aydın görünür. Martin ölkəmizlə bağlı Fransa xüsusi xidmət orqanlarının 50-yə yaxın tapşırığını icra edib. Bunların da əksəriyyətindən çoxu Vətən müharibəsi dövrünə təsadüf edir. Martin 44 günlük müharibə dövründə əldə etdiyi məlumatların əməkdaşlıq etdiyi Fransa xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülməsinə nail olub".

Azad Məmmədli daha sonra ifadəsində göstərib ki, ona irəli sürülən ittihamlardan biri də Ermənistanda açılacaq Zəngəzur dəhlizi ilə bağlı fikirlər olub: "Mən 2023-cü ildə Bakıya gələndə Martinin qonağı olmuşdum. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi demişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi bildirmişdim".

Növbəti proses mayın 19-da davam edəcək.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Martin Ryan və digərləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Aprel 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1198

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see164

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see130

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see110

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see110

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see109

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri