"Paşinyan Türkiyə ilə normallaşmanı sürətləndirmək istəyir" ŞƏRH
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
“Ermənistan hökumətinin Avropa İttifaqına üzvülük prosesinin başlanması ilə bağlı qərar layihəsi parlamentdə təsdiq olunduqdan sonra, referenduma çıxarılacaq. Paşinyanən Avropa İttifaqına üzv olmaq üçün prosedurlara başlaması Qərbdən siyasi-iqtisadi və hərbi yardımlar almasına hesablanıb. O, Rusiya ilə strateji müttəfiqliyin Ermənistanı Kremldən asılı vəziyyətə gətirdiyinin fərqindədir. Ona görə də ABŞ-la strateji müttəfiqlik sazişi imzalamadı. Həmçinin Avropa İttifaqına üzvülük prosesini gündəmə gətirdi”.
Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan Avropa İttifaqına üzvülük üçün referendum keçirib, əhalinin səsini alsa da, bu qurumua üzv ola bilməyəcək. Çünki, Avropa İttifaqı ilə quru sərhəddi olmalıdır. Ona görə də Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra Türkiyə ilə əlaqələri normallaşdırmalidir. Bundan əlavə, Türkiyə Avropa İttifaqına üzv olmalıdır ki, Ermənistan da birliyə üzv olsun. Ermənistan Türkiyə vasitəsilə Avropa ittifaqı ilə quru sərhəddə malik ola bilər:

“Ermənistan çalışır ki, Türkiyə ilə normallaşma prosesini sürətləndirsin. Bu il ərzində Türkiyə və Ermənistan diplomatik əlaqələri qurula bilər. Rəsmi Ankara da buna görə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına çalışır. Türkiyə Fransa və Rusiyanın Ermənistanda mövqeyinin güclənməməsi üçün onunla sərhədləri açıb, prosesləri idarə etməyi hədəfləyir. Türkiyənin geopolitik planı "Qafqaz Evi" qurmaq və Qafqazda geosiyasi mövqelərini möhkəmləndirməkdən ibarətdir. O, Cənubi Qafqazda siyasi sabitlik və sülhü təmin edə bilərsə, Avropa İttifaqına üzv ola bilər. Çünki, beynəlxalq siyasi nizam dəyişəcək, Avropa İttifaqının cənub-şərq cinahı üçün Türkiyə kimi bir ölkəyə ehtiyacı yaranacaq”.
Sevinc,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















