Icma.az
close
up
RU
"Putinin işlər yaxşı getmir" Trampın ilk MÜSAHİBƏSİ

"Putinin işlər yaxşı getmir" Trampın ilk MÜSAHİBƏSİ

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Rusiya belə idarə oluna bilməz…”.

ABŞ Prezidenti Tramp Ağ Evdə ilk iş günü jurnalistlərin suallarını cavablandırıb.

Media ondan Putin, Zelenski və İranla bağlı suallar ünvanlayıb.

Bakupost.az müsahibəni təqdim edir:

Sual: Putinlə nə vaxt danışmağı planlaşdırırsınız?

Tramp: – Ola bilsin tezliklə.

Sual: Sizcə, bu münaqişəyə son qoymaq nə qədər vaxt aparacaq?

Tramp: Mən prezident Putinlə danışmalıyam, biz bunu aydınlaşdırmalıyıq. O, bu vəziyyətdən məmnun ola bilməz. Putin üçün işlər yaxşı getmir. O, əlindən gələni etməyə çalışır. Lakin insanların çoxu müharibənin təxminən bir həftəyə bitəcəyini düşünürdü. İndi üç il keçib, elə deyilmi? Ona görə də məmnun qala bilməz. Amma düşünürəm ki, o, bu müharibəni bitirsə çox yaxşı iş görmüş olar. Bir milyona yaxın rus və 700 minə yaxın ukraynalı əsgərin öldüyü barədə əlimizdə məlumat var. Rusiya çox böyükdür və itirəcək bir şeyləri var. Amma ölkə belə idarə olunmur.

Sual: Bəs prezident Zelenski?

Tramp: O, mənə saziş bağlamaq istədiyini söylədi. Zelenski sövdələşmə istəyir. Bilmirəm, Putin bunu istəyir, bəlkə də yox. O, sazişə gəlməlidir. Hesab edirəm ki, o, sövdələşmədən imtina etməklə Rusiyanı məhv edir. Düşünürəm ki, Rusiyanın böyük problemləri olacaq. Onların iqtisadiyyatına baxın, Rusiyadakı inflyasiyaya baxın. Ona görə də ümid edirəm ki, o, razılaşma istəyir.

Sual: Cənab prezident, siz ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını o razılaşana qədər saxlayacaqsınızmı?

Tramp: Sanksiyalar və ya tariflər. Hesab edirəm ki, tarif sözü dolları gücləndirdiyi üçün daha yaxşıdır. Hesab edirəm ki, tariflər daha səmərəlidir. İrana qarşı sanksiyalar tətbiq edəcəm. İran iflasa uğramışdı. Mən vəzifədən gedəndə İran iflas eləmişdi. Onların HƏMAS, Hizbullah və ya başqa bir şey üçün pulları yox idi. Onlar dibə çökmüşdülər.

https://azpost.info/wp-content/uploads/2025/01/tramp-musahibe.mp4


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri