Icma.az
close
up
RU
"Sabah"la oyun ən çətini olacaq" Hapoel in baş məşqçisi

"Sabah"la oyun ən çətini olacaq" Hapoel in baş məşqçisi

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Sabah"la oyun ən çətini olacaq" - "Hapoel"in baş məşqçisi

"Məndən bəhanələr eşitməyəcəksiniz. İstənilən vəziyətdə "Hapoel" (Beer-Şeva) özü kimi  görünməlidir. Bu, məyusedicidir. Gələn azarkeşlərdən üzr istəyirəm. İki heyətlə ilə oynamağı öyrənməliyik. Avrokubok oyunlarından sonra hər dəfə belə olsa, vay halımıza".

QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel"in ("Beer-Şeva) baş məşqçisi Ran Kojak Toto Kuboku matçında Hayfa "Hapoel"inə 0:4 hesablı məğlubiyyətdən sonra deyib.

İsrail klubunun çalışdırıcısı mətbuat konfransında bildirib ki, ikinci heyətlə oynamalarını və komandadakı yorğunluğu qəbul etmir: 

"Biz peşəkar olmalı, oynadığımız hər matçda rəqabət aparmalıyıq və mən bu görüşdə yalnız ehtiyat oyunçularının olduğunu qəbul etmirəm. Matan Balatxa, Cibril Diop və Ofir Davidzada kimi əsas heyətdə kifayət qədər oyun keçirmiş futbolçular meydana çıxdı. Bir neçə mövqedə oyunçu axtarırıq. Komandanı gücləndirmək üçün lazım olanı edəcəyik".

R.Kojak "Sabah"la bağlı da danışıb. "Pley-off bizim üçün ən vacib oyundur. Bura qədər yaxşı rəqibləri məğlub edən əla bir komandaya qarşı oynayacağıq. Şansımız var, amma asan olmayacaq. Klubumuz bundan əvvəl iki dəfə pley-offda uğur qazana bilməyib. Ümid edirəm ki, bu dəfə də alınacaq. "Sabah"ı tanımayanlar deyə bilərlər ki, ən çətin maneəni dəf etmişik. Amma bu, ən çətini olacaq. Onlar meydanın hər yerində təzyiq göstərirlər, sürətlidirlər. Çox çətin bir maneədir. Onları bir az analiz etmişik. Buna davam edəcəyik. "Sabah" yüksək təzyiq göstərən bir komandadır. Çox sürətlidirlər. Bizim üçün "Srvena Zvezda"dan daha çətin olacaq".

Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qol.az
archiveBu xəbər 16 Avqust 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see555

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see523

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see365

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see269

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see268

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see243

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see243

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see236

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see233

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see230

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see210

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see208

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see202

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see202

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see201

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see199

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see197

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri