“Qurbağa terapiyası” zobu müalicə edir? Video
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Zəhərli zob” xəstəliyi əksər hallarda diffuz toksik zob (Qreyvs xəstəliyi) və onun yaratdığı hipertireozdur. Bu xəstəliyin müalicəsində “qurbağa terapiyası”nın effektivliyini təsdiqləyən heç bir elmi sübut yoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında terapevt Turanə Kərimova zəhərli zobun müalicəsində “qurbağa terapiyası”nın elmi əsası barədə danışarkən deyib.
Onun sözlərinə görə, bu üsul beynəlxalq klinik tövsiyələrdə yer almır və müasir tibdə müalicə metodu kimi qəbul edilmir:
“Diffuz toksik zobun (Qreyvs xəstəliyinin) müalicəsi xəstənin vəziyyətindən asılı olaraq antitiroid dərmanlar, radioaktiv yod terapiyası və ya cərrahi üsulla aparılır. Elmi əsası olmayan üsullara etibar etmək düzgün diaqnozun və vaxtında müalicənin gecikməsinə, nəticədə isə ciddi fəsadların yaranmasına səbəb ola bilər”.
Qeyd edək ki, “qurbağa terapiyası” ilə müalicə sosial şəbəkələrdə reklam edilir.
Baxış sayı:122
Bu xəbər 22 İyul 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















