Qurbağalar rahat cütləşsin deyə 40 min dollara tunel tikdilər FOTO
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Nyu York ştatında Brukhaven qəsəbəsində tikilən tunel qısa zamanda gündəm olub.
Ölkə.Az xəbər verir ki, buna səbəb “Eşq tuneli” adlanan keçidin qurbağaların cütləşməsi üçün tikilməsidir.
Belə ki, avtomobil yollarında qurbağaların tələf olmasının qaşrısını almaq üçün belə bir addım atılıb.
Təxminən 40 min dollara başa gələn tunelin inşası 2 il əvvəl tamamlanıb. Heyvanları təhlükəsiz formada tunelə yönləndirmək üçün bu yaxınlarda alüminium hasar da əlavə edilib.
“Qurbağalar indi gölməçələrə təhlükəsiz şəkildə çata bilir. Cütləşmə mövsümü risksiz davam edir. Ölüm nisbəti demək olar ki, sıfıra enib”,- deyə ətraf mühit üzrə analitik Luk Ormand deyib.
Layihənin yaradıcısı Törnr 4 il əvvəl baş vermiş faciəli hadisədən sonra belə bir qərar verdiyini söyləyib. O, maşın sürərkən yüzlərlə əzilmiş qurbağa ilə qarşılaşdığını qeyd edib Bu hadisədən sonra o və komandası piyadaların çimərliyə çatmasına imkan verən yeraltı keçidlərdən ilhamlanaraq xüsusi olaraq qurbağalar üçün bir sistem hazırlayıb.
Mütəxəssislərin sözlərinə görə, bölgədə yenidən qurbağa səsləri çoxalıb və ekosistem canlanmağa başlayıb.
Billurə



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 27 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















