Icma.az
close
up
RU
Azərbaycanda yeni xidmət : Qurbağalar dalaşanda ayırırıq VİDEO

Azərbaycanda yeni xidmət : Qurbağalar dalaşanda ayırırıq VİDEO

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Ağcabədi rayonunda kanallara nəzarət üçün təhkim olunduğu bildirilən qadın əməkdaşlar iş şəraitindən narazı olduqlarını qeyd ediblər.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.

İddialara görə, kanalda su olmadığı halda belə, əməkdaşlardan səhər saat 09:00-dan axşam saat 18:00-dək kanal kənarında dayanmaq və hər iki saatdan bir videogörüntü çəkərək aidiyyəti quruma göndərmək tələb olunur.

"Vəzifəm hidrotexniki qurğulara nəzarətdir, əvəzində zibilə, qamışlara baxırıq, qurbağalar dalaşanda ayırırıq", - deyə qadın əməkdaşlardan biri gileylənir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumatda videoda yer alan şəxslərin qurumun əməkdaşları olduqları təsdiqlənib.

Qeyd olunub ki, görüntünü çəkən şəxs də ADSEA-nın əməkdaşı olub və işə gəlmədiyi üçün işdən azad edilib.

Qurumdan verilən məlumata görə, videoda görünən qadınlar hidrotexnika mühəndisidirlər və onların əsas vəzifələri kanallarda suyun səviyyəsinə nəzarət etməkdir. Bildirilib ki, rayonlarda bu cür ştatlar mövcuddur və əməkdaşlar suyun səviyyəsini, həmçinin suyun verilməsini izləməlidirlər:

"Əməkdaşların kilometrlərlə məsafə qət edərək kanallar boyunca gəzməsi tələb olunmur, onlar adətən yaşadıqları əraziyə yaxın sahələr üzrə müşahidəçi kimi təyin edilirlər. Sözügedən əməkdaşlar iş görməkdən imtina etdikləri üçün qəsdən kanal kənarında dayanaraq video çəkiblər. Məqsədləri isə işə gəlmədən əməkhaqqı almağa nail olmaq olmaqdır".

Qurumun məlumatında o da vurğulanıb ki, heç bir əməkdaşa gün ərzində kanal kənarında dayanaraq mütəmadi videogörüntü göndərmək tapşırığı verilməyib.

"Əsas tələb onların məsul olduqları ərazilərdə kanalların vəziyyətinə nəzarət etmək, mümkün problemlər barədə məlumat verməkdir. Əməkdaşlar işləmək istəmədikləri halda, qanunvericiliyə uyğun olaraq ərizə ilə işdən ayrılmalıdırlar. Əks halda isə üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər", - deyə məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri