Icma.az
close
up
RU
Qurban ətindən kabab etmək olarmı? Çox insanı maraqlandıran cavab

Qurban ətindən kabab etmək olarmı? Çox insanı maraqlandıran cavab

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Sabahdan Qurban bayramı başlayır.

BAKU.WS xəbər verir ki, Hicri-qəməri təqvimlə zilhiccə ayının 10-u, miladi tarixlə 6 iyun Qurban bayramı qeyd olunacaq.

Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 6-dan başlayaraq üç gün davam edəcək. İyunun 6-da məscidlərimizdə bayram namazları qılınacaq.

Azərbaycan, öz zəngin tarixi və mədəni irsi ilə Qurban Bayramını xüsusi ehtiramla qeyd edən ölkələrdən biridir. Bu bayram günlərində insanlar məscidlərə gedir, dualar edir və qurban kəsərək, ətini ailə üzvləri, qonşular və kasıblarla bölüşürlər.

Bəs Qurban bayramında kəsiləcək heyvanlarda əsas nəyə fikir verilməlidir? Qurban ətindən kimlərə verilməlidir və ondan istifadənin tərəfləri varmı?

Bu və digər suallara cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullah ilə əlaqə saxladıq.

Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, Qurbanlıq heyvanın kəsilməsi zamanı bir neçə mühüm məsələyə riayət olunması vacibdir:

– Heyvan sağlam və diri olmalıdır

– Kəsmə iti və uyğun bir alətlə (məsələn, dəmir bıçaqla) aparılmalıdır

– Kəsmə zamanı Allahın adı çəkilməlidir

– Heyvan qibləyə tərəf çevrilməlidir

– Kəsməni edən şəxs müsəlman olmalıdır.

Bəzi şəxslər imkanları çatmasa da, borc, yaxud kredit kartı ilə heyvan alıb, qurban kəsirlər. Fərid Abdullah deyir ki, bu əməl kasıb şəxslər üçün vacib deyil:

"Qurban kəsmək həcc ayinində olanlar üçün vacibdir. Lakin digərləri üçün mütəhəbdir. Vacib deyil. Fəqir və yoxsul adama qurban kəsmək kimi bir öhdəlik yoxdur. Ona görə də, Allah belə bir durumda kiminsə borca girib qurbanlıq kəsməsini ona vəzifə etməyib. Əgər qurbanlıq kəsməyi nəzir etmişsə, bu ayrı məsələdir. Bunun üçün halal şəkildə borc götürmək olar. Lakin müstəhəb qurban üçün borc almaq qurbanlıq fəlsəfəsinə yaddır".

Sosial şəbəkələrdə ən çox danışılan məqamlardan biri də, Qurban bayramında kəsilən heyvanların ətindən kabab edilib yeyilməsidir. Bu məsələ cəmiyyət tərəfindən çox tənqid edilir və qurban ətindən kabab edilməsinin düzgün olmadığı bildirilir. Fərid Abdullah isə deyil ki, bunun heç bir qəbahəti yoxdur:

"Qurban bayramında kəsilmiş heyvanın ətindən kabab hazırlamaq caizdir. Qurban bayramında düzgün şəkildə kəsilmiş qurban əti halal sayılır və onu kabab kimi istənilən formada bişirib hazırlamaq olar".

Bəs qurban ətindən kimlərə pay düşür?

Fərid Abdullah məsələni belə şərh edib:

"Adətən qurbanlıq üç hissəyə bölünür: 1 - Ailə üçün: Qurban ətinin üçdə biri sizə və ailənizə aiddir. 2 – Dostlar və qonşular üçün: Qurban ətinin digər üçdə birini dostlar, qonşular və ətrafınızda yaşayan insanlarla paylaşın. 3 – Ehtiyacı olanlar üçün: Qalan üçdə biri isə cəmiyyətin ehtiyac içində olan insanları üçün ayrılır. Bu əti xeyriyyə təşkilatlarına, yardım qurumlarına, məscidlərə, xəstəxanalara və ehtiyacı olan fərdlərə ərzaq yardımı kimi paylaya bilərsiniz. Üç hissəyə bölmək vacib deyil. Elə tamamilə yoxsullara da vermək olar. Lakin bu məsələdə müsəlman fəqirlər öndə tutulmalıdır. Qeyri-müsəlmanlar üçün ayrı xeyriyyə işləri nəzərdə tutulur".

Ziya SƏCCAD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://baku.ws
archiveBu xəbər 05 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri