Icma.az
close
up
RU
Qurban ətindən müsəlman olmayanlara və zənginlərə də vermək olar

Qurban ətindən müsəlman olmayanlara və zənginlərə də vermək olar

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Qarşıdan Qurban bayramı gəlir. Müsəlmanlar üçün böyük əhəmiyyət daşıyan bu bayram əsrlərdir paylaşma, yardımlaşma, mərhəmət və həmrəylik simvolu kimi qeyd olunur.

Bəs görəsən, qurbanlıq ət necə kəsilməli və paylanmalıdır? Həmin ətdən kimlərə vermək mütləqdir? Və ya əksinə, kimlərə vermək olmaz? Hansısa işin baş tutması üçün qoyulan (nəzir) qurbanı bayram günü kəsmək lazımdır, yoxsa bayramdan əvvəl? Bayramın vacib əməlləri nədir?

İlahiyyatçı Ağa Hacıbəyli Lent.az-a açıqlamasında bildirib ki, qurbanlıq əti üç istiqamətdə bölüb, ehtiyaclı insanlara vermək lazımdır:

“Qurbanlıq heyvan bayram namazından sonra kəsilməli və üç əsas istiqamətdə – ailəyə, qonşulara və fəqirlərə bölünüb paylanmalıdır. İslam dinində qurban ibadətinin əsas məqsədlərindən biri insanlar arasında yardımlaşma və paylaşma hissini gücləndirməkdir. Bu səbəbdən qurban əti mütləq ehtiyaclı və möhtac insanlara çatdırılmalıdır. Həmin şəxslər həm yaxın qohum, həm də qonşu ola bilərlər. Bununla yanaşı, qurbanlıqdan maddi vəziyyəti yaxşı olan insanlara pay vermək də qadağan deyil.

Qurban bayramı İslam aləmində humanizm, mərhəmət və fədakarlıq nümunəsi hesab olunur. Bu bayram yalnız ibadət deyil, eyni zamanda cəmiyyət daxilində sosial həmrəyliyin gücləndiyi xüsusi günlərdən biridir. Bu baxımdan qurban əti içki içən şəxslər istisna olmaqla, müsəlman olmayan, lakin ehtiyac içində yaşayan insanlara da verilə bilər. Bu yanaşma İslam dininin yardımlaşma və humanizm prinsiplərinə verdiyi önəmi göstərir”.

İlahiyyatçı qeyd etdi ki, nəzir qurbanını xüsusi olaraq gözləyib bayram günü kəsməyin xüsusi bir mənası yoxdur:

“Niyyət edilən hadisə bayram ərəfəsində baş veribsə, həmin qurbanı bayram günündə kəsmək olar. Bununla belə, din alimləri niyyət qurbanının İsmayıl qurbanı ilə qarışdırılmamasını daha məqsədəuyğun hesab edirlər. Çünki İsmayıl qurbanı Allaha yaxınlıq mənasını ifadə edən xüsusi bir ibadətdir və dini mahiyyəti ilə seçilir.

Bayram gününün vacib əməlləri sırasında qüsul almaq, bayram namazına getmək və namazdan sonra “Allahu-əkbər” təkbirlərini gətirmək yer alır. Bu ibadətlər müsəlmanların mənəvi birliyini daha da gücləndirən əsas amillərdən sayılır. Qurban bayramının əsas hədəfi müsəlmanlar arasında barışığı yaymaq, həmrəyliyi, qardaşlığı və vəhdəti qorumaqdır. Bayram günlərində küsülülərin barışması, ehtiyaclı insanların sevindirilməsi və ailə bağlarının möhkəmləndirilməsi də bu müqəddəs günün mühüm mənəvi dəyərləri sırasında göstərilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 May 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri