Icma.az
close
up
RU
Müsəlman olmayan adamın verdiyi qurban ətindən yemək olar?

Müsəlman olmayan adamın verdiyi qurban ətindən yemək olar?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Qurban bayramı yaxınlaşdıqca ibadətlərini dini qaydalara uyğun şəkildə yerinə yetirmək istəyən vətəndaşlar qurban kəsimi və ətin halal olub-olmaması ilə bağlı məsələləri araşdırırlar. Ən çox maraq doğuran suallardan biri isə müsəlman olmayan şəxsin kəsdiyi heyvanın ətinin yeyilib-yeyilməməsi ilə bağlıdır.

Bəs görəsən, müsəlman olmayan şəxsin kəsdiyi qurbanlıq heyvanın ətindən yemək olarmı?

Bakıvaxtı.az-ın araşdırmasına görə, dini qaydalara əsasən, qurban ibadətinin düzgün hesab olunması və ətin halal sayılması məsələsində heyvanı kəsən şəxsin dini mənsubiyyəti mühüm rol oynayır.

İslamda “Əhli-kitab” hesab olunan xristian və yəhudilərin kəsdiyi heyvanların əti müəyyən şərtlər daxilində halal qəbul edilir. Lakin ateist, deist, müşrik və ya səmavi dinlərə mənsub olmayan şəxslərin kəsdiyi heyvanların ətinin yeyilməsi icazəli sayılmır.

Xristian və yəhudilərin kəsdiyi heyvanların əti yeyilə bilərmi?

"Qurani-Kərim"də yer alan Maidə surəsinin 5-ci ayəsinə əsasən, “özlərinə kitab verilənlərin yeməkləri sizə halaldır” hökmü qeyd olunur. Bu səbəbdən, xristian və ya yəhudinin kəsdiyi heyvanın əti prinsip etibarilə halal hesab edilir.

Ateist, deist və müşriklərin kəsdiyi heyvanların hökmü nədir?

İslam alimlərinin izahına görə, hər hansı səmavi dinə inanmayan ateistlər, deistlər, bütpərəstlər, atəşə və ya günəşə sitayiş edənlər, həmçinin Allaha şərik qoşan müşriklərin kəsdiyi heyvanların əti halal sayılmır. Dini mənbələrdə qeyd olunur ki, əhli-kitabdan olmayan ateistin və ya bütpərəstin kəsdiyi heyvan nə halal hesab edilir, nə də qurban kimi qəbul olunur.

Kəsim zamanı Allahın adının çəkilməsi (bəsmələ) niyə vacibdir?

İslam fiqhində heyvan kəsilərkən Allahın adının çəkilməsi, vacib şərtlərdən biri hesab olunur. Əgər müsəlman bir qəssab kəsim zamanı o sözdən qəsdən imtina edərsə, Hənəfi məzhəbinə görə həmin heyvanın əti halal sayılmır. Lakin bəsmələ unutqanlıq səbəbindən deyilməyibsə, bu qüsur hesab edilmir və heyvanın ətinin yeyilməsi icazəli qəbul olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 May 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri