Icma.az
close
up
RU
Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin gündəmini açıqladı “Onlara 1 il vaxt verəcəklər” (VİDEO)

Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinin gündəmini açıqladı “Onlara 1 il vaxt verəcəklər” (VİDEO)

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu mövsümdən etibarən futbol üzrə premyer liqa komandalarının arasına daha 3 komanda daxil olub.

Mia.az xəbər verir ki, bununla da bölğələrə böyük futbol oyunlarının daşınması təmin edilib.

Lakin bölgə klublarının əksəriyyətinin stadionu standart tələblərə cavab vermir. Stadionlarda süni ot problemi nəinki rayonlarda, Bakıda da mövcuddur. Baş məşqçilər narazılıq edir, futbolçuların zədələnmə ehtimalından narahatlıq keçirir, amma mövsümə start verildiyi üçün hazırkı zaman kəsiyində vəziyyətin dəyişdirilməsi mümkün görünmür.

Məsələyə AFFA tərəfindən reaksiya verilmədiyi üçün onların problemin həlli üçün planlarından xəbərimiz yoxdu.

İndiyə qədər məsələyə ciddi olaraq yanaşan çox az sayda baş məşqçi olub. Məsələn, “Qarabağ”ı çalışdıran Qurban Qurbanov deyir ki, süni ot problemi hazırda Avrokubok oyunlarında iştirak edən komandaların futbolçularına böyük problem yaradır. Futbolçuların süni ot meydançalarında zədələnməsi strateji məqsədlərə çatmaqda mane olur, - deyə Qurbanov davamlı şəkildə gileylənir.

Bəs gileylənmək əvəzinə bu məsələni oturub AFFA ilə müzakirə etmək mümkün deyilmi?

Qurbanov AFFA-ya bir köynək yaxındı, çünki İcraiyyə Komitəsinin üzvüdü. Komitənin son 6 iclasında iştirak etməsə də, onun fikirlərini çatdırmaq üçün bütün əlverişli imkanlara malikdi. Digər tərəfdən, məsələni Futbolun İnkişafı Fondu (FİF) ilə də müzakirə etmək olardı. FİF ictimaiyyətə açıq olmasa da, ən azından AFFA ilə bir damın altında otururlar, bir-birinə söz çatdırmaq imkanı var.

Bəs niyə Qurbanov bu fürsətləri dəyərləndirmir? Mətbuat konfranslarında şikayətlənməklə problem həll olunurmu görəsən?

Mia.az-ın əməkdaşı bu xüsusda Q.Qurbanova sual verib. Onun dediyindən belə məlum olur ki, İcraiyyə Komitəsinin bütün iclaslarında indiyə qədər bu məsələ müzakirə olunub. Maraqlıdı, görəsən, nəticəsi niyə yoxdu? 

- Qurban müəllim, stadionlarda süni örtük məsələsini siz bir mütəxəssis olaraq AFFA İcraiyyə Komitəsinin iclaslarında qaldıra bilərsiniz. Eyni zamanda, FİF-ə də müəyyən təkliflər və məsləhətlər verə bilərsiniz. Əgər futbolçular zədələnirsə, dediyiniz kimi, bunlar çox ciddi problemdi. Özünüz dəfələrlə demisiniz ki, futbolçuları çətinliklə yetişdiririk və sonra süni ot örtüyü olan stadionlarda zədələnir və reablitasiya da vaxt aparır. Siz mütəxəssis olaraq problemi çox gözəl şərh edirsiniz, amma eyni zamanda, çıxış yollarının tapılması üçün məsləhət verə bilərsinizmi? Məsələn, siz bu məsləhətləri İcraiyyə Komitəsində səsləndirsəniz, orada sizi dinləyəcəklərmi?

- Mənim bu məsələni İcraiyyə Komitəsində qaldırmağıma ehtiyac yoxdu. Çünki problem komitənin demək olar ki, hər iclasında müzakirə olunur. Düzdü, bu, klubların boynuna düşən bir vəzifədi. Yəni, əgər klub premyer liqaya komanda çıxarırsa, onun yaxşı şəraiti olmalıdı. Mənim bildiyimə görə, texniki çatışmazlığı olan hər bir komandaya ən azından bir ilə yaxın müddətdə vaxt verilir ki, problemlərini həll etsin. Əks təqdirdə, klub barədə çox ciddi addımlar atılacaq.

Digər tərəfdən, dediyim kimi, bu məsələyə İcraiyyə Komitəsi  xüsusi yer ayırır və ümumi planlamada demək olar ki, ilk sıralamada olan məsələlərdən biri məhz təbii ot örtüyü olan meydançaların şəraitinin yaxşılaşdırılması və sayının çoxaldılmasıdı. Yəqin ki, yaxın zamanlarda bu məsələyə dair müəyyən addımlara start veriləcək. Hansısa bir səviyyəni əldə etməkçün bəzi çətinlikləri dəf etmək lazımdı. İnanıram ki, gələcəkdə klublarımızın yaxşı sponsorları olacaq və onlar özləri bu problemi aradan qaldıracaq. Alınmasa yəqin ki, meydançaların şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlər görülər.

Zülfiyyə Mustafayeva
Mia.az  


 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Avqust 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri