Icma.az
close
up
RU
Qurban Qurbanov: Başqa variantımız yoxdur

Qurban Qurbanov: Başqa variantımız yoxdur

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. Yaxşı oyun oynayaraq qələbə qazanmaq istəyirdik. Birinci hissədə tam razı qalmadım. İkinci hissədə daha düzgün oynadılar. Yaxşı atmosfer var idi. Bu stadionda yaxşı atmosfer həmişə olub. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abbasova və "Neftçi"yə uğurlar arzulayıram".

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunun "Neftçi" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Fasilədə əvəzlədiyiniz futbolçulardan hansı planda razı qalmadız?

- Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Çox sadə epizodda vərəqə aldı. 

- İlk qoldan sonra Leandro Andradeyə sarı vərəqə göstərildi və narazılıq bildirdiz... 

- Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. O, çox sakit insandır. Sanki Elçin Məsiyev də bunu qəbul etdi.

- Nəriman Axundzadə və Musa Qurbanlının çıxışından nə qədər razısız? Onları nə vaxt ideal formada görə bilərik?

- İkisi də pis çıxış etmədi. Nəriman dubl etdi. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, maksimum istifadə edə bilmirik. Belə sürətli oyunda ikisindən də razı qaldım.

- Bu gün "Neftçi" ilə oyunda əsas heyətdən oyunçular yox idi. Avrokubok matçına görə belə idi?

- Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidir. Avrokubok oyunundan əvvəl daha çox hansısa plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. "Lion"la matçda oyunçular çox yorulmuşdu.

- Qarşıda gərgin qrafik gözləyir. Altı oyun var. Psixoloji və fiziki cəhətdən hazırsız?

- Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq.

- Şahruddin Məhəmmədəliyevə şans vermək barədə düşünürsüz?

- Artıq 4-5 məşqdir ki, komandadır. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, mütləq edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda şərait yaratmaq olar.

- "Qəbələ" ilə dekabrın 4-də kubok matçınız var. Həmin oyun haqda nə düşünürsüz?

- Ən təhlükəli oyunlar elə bu oyunlar olur. Mən tam ciddiyəm, tam məsuliyyətli yanaşıram. Futbolçularda nə qədər desək də, motivasiya aşağı ola bilər. Qəbələdə oynamaq iqlim baxımından futbolçulara çətinlik yaradıb. Kaxaber Sxadadze də oradadır. Kubok da ən narahat olduğum turnirlərdən biridir. Ciddi hazırlaşacağıq. Futbolçuların durumuna baxacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Dekabr 2024 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri