Icma.az
close
up
RU
Qurban Qurbanov: “Başqa çıxış yolumuz yoxdur”

Qurban Qurbanov: “Başqa çıxış yolumuz yoxdur”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının II turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Rəqibi təbrik edirəm. İki oyuna altı xal toplayıblar, çox yaxşı başlanğıcdır. Özümüzə gəldikdə, çox da deyəcək söz yoxdur. Futbolçularımı anlayıram. Oyundan da hiss olunur ki, oynamayanlar oyuna çıxsa da, hələ yorğunçuluq var idi, motivasiya qaydasında deyildi. Amma başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da çox sıx qrafik gözləyəcək. Bu məğlubiyyətin faydası olacaq. Futbolçular da bunu anlayacaqlar. Uğurlardan sonra belə oyunlar bizim faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insanda, komandada bir az loru dildə desək, burun yuxarı qalxır. Oyundur. Bu gün üç xal rəqibin haqqı idi. Heç nədən qapımızda qol gördük. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, keçmədi. Həm bizim məşqçilər, həm də futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu”.

– Nərimanı risk etmədiz?
– Bəli, zədəsi var idi. Hələ də ayağında gərginlik var idi. Geridə qalan 2-3 gündə müalicə olunub. Məşqdə də iştirak etməyib.

– Juninyonun icarəyə götürüləcəyi xəbərləri var. Realdır?
– Xeyr. Elə məlumat yoxdur. Danışıq da olmayıb. Ola bilər ki, orada oynamır deyə, burada fikirlər yaranıb.

– Düşünmürsüz ki, “Qarabağ” meydana ikinci heyətlə çıxdığı üçün uduzdu?
– Məğlub olduqsa, olduq. Dəfələrlə olub ki, meydana fərqli heyətlə çıxmışıq, uduzmuşuq. Bəlkə əsas heyətlə də meydana çıxsaydıq, uduzardıq. İki gün əvvəl oynamışıq. Yol yorğunçuluğu var idi.

– Hazırda heyətdə 15 legioner var. Növbəti legionerlər üçün 200 min manat lazım olacaq…Növbəti legionerlər olacaq?
– Çalışırıq ki, olsun. 200 min manata görə, nə edək? Başqa çıxış yolumuz yoxdur. Lazımdırsa, işimizi keyfiyyətli etmək istəyiriksə, bu addımlara gedəcəyik.

– “Qarabağ”ın qol buraxdığı epizodda Şahruddinin səhvi var idi. Abbas da ona etiraz etdi….
– Bir az kuryoz qol alındı. Tam görmədim. Abbas öz işi ilə məşğul olsa, yaxşıdır. Başı ilə çıxarası deyil ki. İşi düzgün yetirmək hamının borcudur.

– Son 3 mövsümün ilk turunda 0:1 uduzursuz. Təsadüfdür, yoxsa köklənməmisiz Premyer Liqaya?
– Yadıma düşdü. Amma bu, ikinci tur idi (gülür). Avropadan gəlirik deyə, motivasiyamız aşağı idi. Ən vacibi yorğunçuluq idi. Bu gün yox, sabah da oynaya bilərdik. Oynamayan futbolçu öz idman formalarını itirirlər. Heç fikirləşməmişdim ki, 3 ildir belə hesabla uduzuruq. Əsas odur sonu yaxşı olsun.

– “Ferentsvaroş”la oyununuz var. Onların futbolçularının və məşqçilərinin qıcıqlandırıcı açıqlamaları var. Bu da əlavə sitmul ola bilər sizə?
– Onların fikri normaldır. Məğlub olduqdan sonra qarşıdakı oyuna motivasiya etmək üçün taktiki gedişdir. Amma biz onları düşünərək, oyuna hazırlaşası olsaq, öz oyunumuzu itirərik. Biz bütün oyunlara ciddi və səbirlə, təmkinlə hazırlaşmalıyıq. Futbolda olmayan nəticə yoxdur. Bütün turnirlərdə belə nəticə var. Kənar fikirlərə görə oyunlara hazırlaşsaq, çox gedə bilmərik, yarı yolda qalarıq. Bunu normal qəbul edirəm. Məşqçidir, futbolçuları oyuna hazırlaşdırmalıdır. Bu işin içində olduğumuz üçün bunu normal qəbul edib, hazırlaşacağıq.

– Çempionlar Liqasında Liqa mərhələsinə vəsiqə qazansanız, hansı stadionda oynaycaqsız?
– Bu oyun haqda düşünək. Vacib oyundur. Məndən başqa hamı sanki bu oyunu keçmiş kimi görünür. Bir tərəfdən sevindirici haldır. Həm inamdan, həm də güvəndən irəli gəlir. Həm də bizə mane olan fikirlərdir. Biz də ona qoşulsaq, o fikirlərdə olsaq….Qarşımızdakı rəqib “Ferentsvaroş”dur. Heç nədən qol vurmağı bacaran rəqibimiz var. Futbol elədir ki, 1-2 qol ciddi göstərici deyil. Çalışacağıq ki, səhvsiz oynayaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri