Icma.az
close
up
RU
Qurban Qurbanov: “Bazarda hazır oyunçu tapmaq çətindir”

Qurban Qurbanov: “Bazarda hazır oyunçu tapmaq çətindir”

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" matçından öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis hücumçu transferi ilə bağlı fikirlərini bölüşüb:

"Daim təkrar olunan bir mövzudur. Elə bir mövqedir ki, transfer siyasətinə uyğun olaraq bazarda hazır oyunçu tapmaq çətindir. Sadəcə pulu verib gətirmək olmur. Nə qədər hücumçu transfer etmişiksə, bir o qədər də yanılmamışıq. Bizim hücumçularımızı başqa klublar da transfer edir. Yaxşı oyunçu gətirməyin həm üstün tərəfi var, həm də bizə mənfi təsir edən tərəfi. Oyunçu 3-5 yaxşı oyun keçirir, dərhal təkliflər başlayır və biz onu itiririk. Onu komandadan gedəndə itirmirik, amma bizdə olanda itirmiş kimi oluruq. Hansısa kluba “yox” cavabı verdikdə isə futbolçunun əhvalı korlanır. Hücumçuları alıb sonra satmışıq – Dino Ndolovu, İbrahima Vadjini, Juninyonu, Mahir Emrelini. Həm yaxşı tərəfi var, həm də kollektivin formalaşmasına mane olur. Oyun üslubunu qurursan, amma birdən-birə oyunçunun motivasiyası düşür, problemlər başlayır. Biz yalnız hücumçu deyil, həm orta sahə, həm sol və sağ hücumçu, həm də müdafiə üçün oyunçu axtarırıq. Tək bir hücumçu götürməklə dayanmayacağıq. Elə addım atmaq istəyirik ki, həm oyunçu, həm də klub üçün tam faydalı olsun. İşimizin effektivliyi yüksək olmalıdır. Təzyiqlər çoxdur, hamı hücumçu gözləyir. İllərdir hər mövsüm bu mövzunun müzakirəsini görürük. Son vaxtlar Klovis haqqında çox məlumat yayılır. Amma tək bir oyunçunu yox, kollektivi və gedişatı düşünürük. Kənardan çox rahat görünə bilər, amma işin içində nəzərə alınmalı detallar var. Burada işləməyimizin məqsədi azarkeşləri sevindirməkdir. Futbolçularıma da deyirəm ki, illərdir lider olmaq istəyirik və liderlər sırasındayıq. Hər komanda bunu saxlaya bilmir. Çempion olub sonrakı mövsümdə 13-14-cü yerdə olan çox klub var. Böyük beşlikdə də belə hallar yaşanır. Ronaldo getdi, ikinci Ronaldo nə vaxt tapılar? Və ya Messi? Lider olmaq çətindir, onu qoruyub saxlamaq isə daha da çətindir. Minimum əlimizdə olanı qoruyub-saxlamalıyıq ki, oyun sistemimiz pozulmasın, nəticələrimiz ən azı olduğu kimi qalsın. Kreativ oyunçu axtarışına daha çox vaxt ayırmışıq. Juninyo xarakterli idi, amma İspaniyadan və Braziliyadan təklif gəldi və onu itirdik. Azarkeşlərimiz narahat olmasın, çalışırıq ki, bütün detallara fikir verərək doğru oyunçunu götürək. Elə nüanslar var ki, bəzən bir-birimizə mane olur. Axtarışdayıq və transfer pəncərəsinin son gününə qədər işimizi davam etdirəcəyik. 1-2 oyunçu gətirsək də, axtarış bitməyəcək".

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Şkendiya” oyunu saat 20:00-da start götürəcək.

Rəşad Əzizli yenidən “Səbail”də - RƏSMİ "Zirə"nin futbolçusu zədələnib - 6-7 ay oynaya bilməyəcək "Şamaxı"da ayrılıq - RƏSMİ “İmişli”dən yeni transfer “Səbail”dən Malayziya klubuna
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri