Icma.az
close
up
RU
“Bu suala cavab vermək çətindir” Qurban Qurbanov

“Bu suala cavab vermək çətindir” Qurban Qurbanov

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” sabah Bakıda Avroliqanın 2-ci təsnifat mərhələsində Bolqarıstanın MOİK komandası ilə qarşılaşacaq.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunla əlaqədar mətbuat konfransı keçirib, jurnalistləri maraqlandıran suallara cavab verib.

– Dünən “Sabah” qalib gəldi, onları təbrik edirəm. Bu gün isə “Neftçi”yə uğurlar arzulayıram. Oyunumuza gəlincə, düşünürəm ki, yaxşı hazırlaşmışıq. Bu, fərqli rəqibdir, onun öz üslubu var. İlk dəqiqələrdən çox diqqətli və məsuliyyətli olmalıyıq.

– Artıq iki rəsmi oyun keçirmisiniz. Sistem istədiyiniz kimi işləyir?

– Tam olaraq belə olduğunu deməzdim, amma hər şey yaxşıya doğru gedir. Çox istərdim ki, düşündüklərimizi bütün 90 dəqiqə ərzində həyata keçirə bilək, lakin bəzi məqamlarda çatışmazlıqlar var. Planlaşdırdığımız kombinasiyaları həmişə sabit şəkildə yerinə yetirmək alınmır. Zaman keçdikcə daha yaxşı olacağıq. Avropada hər rəqib fərqlidir, buna görə də matç ərzində tez-tez nəyisə dəyişməli oluruq. Hər halda, ümumilikdə işlər düzgün istiqamətdə gedir.

– MOİK ilə oyun “Qarabağ”ın hazırkı gücünü göstərəcək?

– Komandanın oyununu sabitləşdirmək və yaxşılaşdırmaq elə də asan deyil, çünki hazırlıq planında bəzən problemlər yaranır. Futbolçular fərqli vəziyyətdə görünürlər. Üstəlik, yayın istisini nəzərə alsaq, dinamikanın azalması normaldır. İllərdir bu mərhələdən keçirik və təcrübəmiz var. Bu mövsüm komandada çox dəyişiklik olub və bu da təsir göstərə bilər. Optimal formaya nə vaxt çatacağımızı demək çətindir. Əminəm ki, tədricən inkişaf edəcəyik.

– PFL yeni mövsümdə VAR-la bağlı müəyyən qaydalar tətbiq edəcək. Məsələn, sistemə sarı vərəqələr və künc zərbələri ilə bağlı da müraciət etmək mümkün olacaq. Bu qərara münasibətiniz necədir?

– Komandada futbolçular nə qədər çox olarsa, problemlər də bir o qədər çox olar. Hakimlikdə də belədir: nə qədər çox detal əlavə olunarsa, narazılıq da bir o qədər artacaq. VAR-ın tətbiqindən sonra hakim qərarları ilə bağlı şikayətlər çoxalıb. Hər xırda detal özü ilə əlavə problemlər gətirir. Məncə, problemlər və mübahisəli vəziyyətlər daha da artacaq.

– MOİK iki gün əvvəl çempionat oyununa çıxıb. Bu, sizin xeyrinizədir?

– Bu suala cavab vermək çətindir. Düzünü desəm, mən də istərdim ki, futbolçuların daha çox oyun təcrübəsinin olması üçün arada hansısa matç keçirək. Hazırkı vəziyyətdə oyun nə qədər çox olsa, bir o qədər faydalıdır.

– Transferlərlə bağlı yenilik varmı?

– Konkret heç nə yoxdur. İşimiz davam edir. Çalışırıq. Alınsa, iki transfer həyata keçirəcəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 İyul 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri