Icma.az
close
up
RU
Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir Qurban Qurbanov

Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir Qurban Qurbanov

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. istəyirdik ki, Yaxşı oyun oynayaraq qələbə qazanmaq. Birinci hissədə tam razı qalmadım. Amma İkinci hissədə daha düzgün, aktiv oynadılar. Yaxşı atmosfer var idi. Həmişə deyirəm ki, Bu stadionda yaxşı futbol ab-havası olur. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abasova və "Neftçi"yə uğurlar arzulayıram".

Mütəxəssis fasilədə etdiyi əvəzələmələrdən danışıb: "Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Birincini vərəqəni Çox sadə epizodda  aldı". 

Q. Qurbanov futbolçusu Leandro Andradeyə verilən sarı vərəqədən söz açıb: "Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. Onu heç danışdırmaq olmur. Sanki Elçin Məsiyev də bunu qəbul etdi. Bəlkə də, normal qərar verildi". 

O, futbolçuları Nəriman Axundzadə və Musa Qurbanlının oyununu qiymətləndirib: "İkisi də pis çıxış etmədi. Nəriman qol vurdu. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, bəzi oyunçuları maksimum istifadə edə bilmirik. Belə bir komandaya qarşı və sürətli oyunda ikisindən də razı qaldım".

Mütəxəssis heyətdə edilən rotasiyalardan danışıb: "Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidirlər. Avrokuboklar oyunlarından əvvəl daha çox plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. Bəzi oyunçular "Lion"la matçda çox yorulmuşdu. Hətta baxmayaraq ki, həmin oyunda Kevin Medinanın fiziki göstəriciləri ən yüksəkdə olanlardan idi, özünü yaxşı hiss edirdi deyə oynadı. Ya onu, ya da Bəhlul Mustafazadəni oyuna buraxmalı idim. Amma nəzərə alırıq ki, Bəhlul millidə də oyunlar keçirib. Ona görə ona daha çox yük düşüb". 

Q. Qurbanov qarşıda olan çoxsaylı oyunlardan da söz açıb: "Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq".

O, futbolçusu Şahruddin Məhəmmədəliyevin zədədən bərpa olunmasını qeyd edib: "Artıq 4-5 məşqdir ki, komandadır. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, mütləq edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda şərait yaratmaq olar".

Mütəxəssis Azərbaycan kuboku çərçivəsində keçiriləcək "Qəbələ" ilə oyundan da danışıb: "Ən təhlükəli oyunlar elə bu oyunlar olur. Mən tam ciddiyəm, tam məsuliyyətli yanaşıram. Futbolçularda nə qədər desək də, motivasiya aşağı ola bilər. Qəbələdə oynamaq iqlim baxımından futbolçulara çətinlik yaradıb. Kaxaber Sxadadze də oradadır. Kubok da ən narahat olduğum turnirlərdən biridir. Ciddi hazırlaşacağıq. Futbolçuların durumuna baxacağıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Dekabr 2024 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri