Icma.az
close
up
RU
Qurban Qurbanov: Bu döyüşə girmişiksə...

Qurban Qurbanov: Bu döyüşə girmişiksə...

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq".

"Cebheinfo.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Komanda.az" saytının keçirdiyi sorğuda ilin ən yaxşı baş məşqçisi seçilən 53 yaşlı mütəxəssis rəhbərlik etdiyi kollektivin UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxışına münasibət bildirib:

"Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var. Azərbaycana tanınmış klubların gəlməsi çox gözəl haldır.

Azarkeşlər, futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı səviyyədə idi. Bu gün 60-70 dəqiqə tab gətirə biliriksə, deməli, sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə, çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq".

O, azarkeşlərdən komandaya dəstək vermələrini istəyib:

"İstərdik ki, bizə güvənəsiniz. Tənqidləri qəbul edirik. Düşünürəm ki, belə tənqidlər bizim xeyrimizədir. Bilirik ki, daha böyük komandalarla oynayacağıq. Ama layiqli mübarizə aparmağa çalışacağıq. Biz yıxılarıq, durarıq, amma sınmarıq. Qarabağ işğal altında olanda düşmənlər stadionlarımıza girdilər. Amma bilmirdilər ki, onları nə gözləyir.

Cəsarətimizi artırmışıq və çətin oyunlarda mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Bu, vacib amillərdən biridir. Belə mübarizə olmasa, istənilən səviyyəyə çata bilmərik. Mən insanlardan neqativ heç nə görməmişəm. Neqativ düşünə də bilmərəm. Məğlub olsaq da, həvəsdən düşmürük və daha yaxşısını etməyə çalışırıq".

Qeyd edək ki, Q.Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri