Icma.az
close
up
RU
Qurban Qurbanov: “Bu, böyük problemdi”

Qurban Qurbanov: “Bu, böyük problemdi”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” oyunundan (5:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Vacib qələbə qazandıq. Stadionda yaxşı atmosfer var idi. Oyuna gəlincə, futbolçuları təbrik edirəm. Bundan daha yaxşı olmalıyıq. Yaxşı, bolqollu oyun oldu. Azarkeşlərin gözlədiyi kimi matç keçdi. Rəqibə uğurlar arzu edirəm.

– Oyundan əvvəl belə hesablı qələbə gözləyirdiniz?
– Düşünməyi deyə bilmərəm, amma istəyərdim. İstənilən oyunda çoxqollu matç ola bilər. Əsas olan keyfiyyətli oynamaq, minimum imkanlardan maksimum istifadə edə bilməkdir.

– Hikmət Cəbrayılzadənin oyunu haqda nə deyə bilərsiniz?
– Hikmət bir neçə aydır, bizimlədir. Akademiyamızdan məşqlərə oyunçular cəlb edirik. Potensiallarına baxırıq. Hikmət gəldiyi gündən bacarığını göstərir. Düzdür, hələ çox çalışmalıdır. Qarşıdakı oyunlarda da şans qazana bilər. Əsas odur, özü işgüzar olsun, futbolu düşünsün.

– Bu oyun sizə “Lex”lə matçı xatırlatdı?
– Bəzən belə oyunlar olur. Qol buraxanda sonra qalib gələ bilmək vacibdir. Futbolçuların özlərinə inamı artır. Amma açığı “Lex”lə oyunu xatırlatmadı.

– Sami Mmaenin oyunu haqda fikirləriniz nədir?
– Onun oyunu cəlbedicidir. Lazım olan anda lazım olan yerdə olur. Oyunu idarə etməyi bacarır. Ondan razı qaldım. İdman formasından uzaq olsa da, məşqlərdə çox çalışır, istəklidir.

– Yankoviçin qayıdışı, Kadinin öz mövqeyinə dönməsi oyun planına hansı təsiri etdi?
– Bütün oyunçuların sağlam olmasını istəyirəm. Hər oyunçunun öz keyfiyyəti var. Bir neçə il birlikdə oynayanlar bir-birilərini yaxşı tamamlayır. Təcrübə, ustalıq belə matçlarda önəmli olur.

– Növbəti mərhələdə hansı rəqib münasib olardı?
– Bu haqda düşünmürəm. Arzuladığım rəqib yoxdur. Kim düşsə, oynayacağıq.

– Premyer Liqada ilk turun “Sabah”la oyununun təxirə salınması komandaya mənfi, ya müsbət təsir edəcək?
– Hansısa təsirin olacağını düşünmürəm. Oyunlar arasında vaxt məsələsi var. Ona görə təxirəsalınma texniki nüansdır. “Sabah”a da avrokuboklarda uğurlar arzu edirəm.

– Rəqibin boşluqlarını hansı anda gördünüz?
– Hücumlarımız daha sürətli idi. 2-ci qoldan sonra rəqib motivasiyadan düşdü. Bu onlara təsir etdi. Cinahlardan keyfiyyətli hücumlar qurmağa çalışırıq.

– Komanda yaxşı nəticə əldə etsə də yenə təzyiqlər, tənqidlər var. Sanki ölkə futbolunun yükü “Qarabağ”ın çiyinlərindədir. Belə halda oynamaq çətin olmur?
– Yük varsa, deməli, işlər də keyfiyyətli olmalıdır. Dərindən düşünməli, aktiv olmalısan. Digər klublarımızın Avropada mərhələ adlamasını istərdim. “Sabah”ın şansları var. Onlara uğurlar arzu edirəm. İllərdir, eyni proseslər demək olar, gedir. Azərbaycanlıların hər sözü, tənqidi mənə xoşdur. Bu, bizi daha məsuliyyətli olmağa çağırır. Nə qədər gücümüz var, çalışacağıq.

– Çempionatda 3 komanda Şamaxıda süni örtükdə oynayacaq. Çempionatın gedişində belə meydançalarda çox oynamaq Avropadakı matçlarınıza necə təsir edəcək?
– Çox təsir edəcək. Tək meydança deyil, azarkeş məsələləri də var. Başqa ölkələrdə çempionat oyunlarında hər oyunda yaxşı azarkeş atmosferi olur. Bu, futbolçulara da təsir edir. Süni örtüklü meydançalar minusdur. Oyun keyfiyyəti, futbolçu həvəsi aşağı düşür. Bunlar da həm inamsızlığa gətirir, həm də zədələrə yol açır. Bu, böyük problemdir. Təsəvvür edin, avrokubok matçlarından sonra oyunumuz süni örtüklüyə düşsə və günorta oyunlar olacaqsa, bizimçün zərbədir. Əfsuslar olsun, bu gün belədir
Həmişə gələcəyə pozitiv baxmalıyıq. Hər dəfə bunu deyirik, daha yaxşı olar. Azından komanda sayı artdı. Amma 3 komandanın eyni süni örtüklü meydançada oynaması mənfi haldır. Çalışacağıq, maksimum ehtiyatlı olaq.

– Dani Boltun sonradan oyuna daxil olması nə ilə bağlıdır?
– Zədədən yeni qayıdıb. Formasını yavaş-yavaş bərpa edəcək. Həmin mövqedə Mateus Silva ilə böyük rəqabətdədirlər.

– AFFA İcraiyyə Komitəsinin üzvüsünüz. Problemləri orda qabarda bilərsiniz. Sizcə, orda sizi bu məsələdə dinləyərlərmi?
– Məsələni qaldırmağa ehtiyac yoxdur. Bunu orada olan hamı bilir. Komandalara güzəşt müddəti verilib. Məsələ hər iclasda müzakirə olunur. Bununla bağlı işlər görüləcək. Ümid edirəm ki, klublar tərəfindən bunlar edilər.

Şahin Cəfərov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 12 Avqust 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri