Icma.az
close
up
RU
Qurban Qurbanov: Soyuqqanlı olmalıyıq, vacib oyundur

Qurban Qurbanov: Soyuqqanlı olmalıyıq, vacib oyundur

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Əlbəttə ki, istək öz yerində, özün düşüncəsi, qabiliyyəti öz yerində...Soyuqqanlı davranmağımız çox vacibdir. Çox yaxşı rəqibə qarşı oynayırıq. İlk matçdakı nəticə bir az bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən o oyunu düşünməli deyilik. Buradakı oyunda məğlub olmamalıyıq. Çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Hansı ki, bizim üçün meydanda düzgün yerləşməyə imkan vermirlər. Hər bir halda, rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Oyuna baxdıq, bəzi detallarına toxunduq. Çalışacağıq ki, sabahkı oyunda oyundan qopmayaq, sona kimi soyuqqanlı davranraq, yaxşı nəticə üçün əlimizdən gələni edək".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının təsnifat mərhələsinin "Ferentsvaroş"la cavab görüşündən öncə keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- “Ferentsvaroş”un gücünü nəzərə alsaq, sabah “Qarabağ” daha çox nəticəyə hesablanmış oyun sərgiləyəcək?

- Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza və qabiliyyətimizə görə olub. Bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumaq üçün müdafiədən oynayacağıq düşüncəsi məndə də ,Futbolçularda da yoxdur. Sadəcə sabah meydanda bizə lazım olanı etməyə çalışacağıq. Bacardığımızı etməyə çalışacağıq. Daha çox diqqət ayırdığımız daha baxımlı oynamaqdır. Topa sahib olmağa çalışacağıq. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Əksinə, biz ümumiyyətlə futbolu azarkeşlər və nəticə üçün oynayırıq. Vurulan qollar çox önəmlidir. Mən daim tələbim odur ki, qol vuraq. Həm də qapımızı toxunulmaz saxlayaq. Çox oyunları necə oynamışıqsa, sabah da belə edəcəyik. Bizim hansı prboelm gözləyir, bunu öncədən deyə bilmərəm. Rəqibdən hansı sürpriz gözləyəcək, hansı basqını edəcək, onu sabah meydanda futbolçualr hazır olmalıdılar. Rəqibin düşüncələrini həyata keçirməyə qoymamalıdırlar.

- Psixoloji tərəfdən futbolçuları oyuna hazırladırmaq çətin oldu?

- Ən vacib detallardan biridir. Səfərdəki oyundan sonra hamı sanki biz cütün qalibi kimi bizi görürlər. Bu da futbolçularda həyəcan yaradır. Onlar da buna hazır olmalıdır. Onlarla danışığım daha çox bu yöndədir, buna hazır olmalıdırlar. Bu rəqibə qaşrı oyundan çxısaq, oyundan kənar fikirlərə önəm versək, bizə çox mane olacaq. Ən birinci yerlərdə psixoloji hazırlıq durur. Bunu bacardığımızı düşünürəm.

- 8 il əvvəl ‘Kopenhagen’lə oyundan öncə daha inamlı və rahat idiniz, yoxsa indi?

- Ümumiyyətlə, məşqçilik karyerası elədir ki, rahatçılıq burada mümkün deyil. Amma inam çox önəmlidir. İnamım var. O vaxtı da var idi, indi də inamım var. Rahatçılığım yoxdur.

- Azarkeşlərə sözünüz var?

- Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlike tməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də, onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha artığına layiqdirlər.

- Nəriman Axundzadənin durumu nə yerdədir?

Normallaşıb. Deməzdim ki, tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq.

- Hakim təyinatı bir qədər müzakirəyə səbəb olub. Bu müzakirərə, narahatçılığa əsas var?

- Mən tərəfdən narahatçılığım yoxdur. Çünki ümumiyyətlə, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi...Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatçılıq olmalıdır. Hakimlər indi elə səviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də nə mənim, nə də komandanın hazırlığına təsir edəcək bir məsələ yoxdur.

- "Ferentsvaroş" Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?

- Əvvəl də belə sual olmuşdu. Tam fərqli kollektivdir. Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşıılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentailetdə idi. Robbi Kinin də hazırda komandanın baş məşqçisi olması klub üçün əlavə motivasiyadır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hər iki komanda bizim üçün asan deyil idi. Hansısa fikir bildirsəm ki, əvvəlk indi güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımzıda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi də olsaydı, meydandan qalib kimi ayrılma qistəyirlər. Sabah qarşımızda istəkli, güclü komanda çıxacaq.

- Kamilo Duranın "Qarabağ"a keçidi doğrudur?

- Var. Doğrudur.

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sportal.az
archiveBu xəbər 26 Avqust 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see184

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see170

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see165

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see160

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see155

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see152

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see148

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see148

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see138

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see131

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see131

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see130

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see126

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see124

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see123

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see122

Quduzluq nədir, necə keçir? ÇIXIŞ YOLU

09 Oktyabr 2025 11:22see117

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see117

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see117

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri