Icma.az
close
up
RU
Qurban Qurbanov: Hər zaman öz məşqçilərimizə üstünlük vermişəm, millidə də, klublarda da

Qurban Qurbanov: Hər zaman öz məşqçilərimizə üstünlük vermişəm, millidə də, klublarda da

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Açığı, istəməzdim oyun bitsin, temp daha 15-20 dəqiqə davam etsəydi, maraqlı olardı. Təəssüf ki, futbol 90 dəqiqədən ibarətdir. Texniki səhvlərimiz var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Nəticədə, bir xal əldə etdik. Rəşad Sadıqovu yaxşı oyuna görə təbrik edirəm və ona uğurlar arzulayıram. Öz oyunumuzdan tam razı qalmadım, amma futbolçuların əzmkarlığı xoşuma gəldi".

- Kamilo Duranın oyununu necə dəyərləndirirsiniz? "Benfika" ilə matçda onu meydanda görəcəyik?

- Ümumən pis oynamadı. Hücumçuya xas hərəkətlər etdi və rəqib üçün təhlükəli anlar yaratdı. Ola bilsin ki, hələ tam mövqeyə uyğunlaşmayıb. Amma vaxtımız var, "Benfika"ya qarşı qərarı rəqibi tam analiz etdikdən sonra verəcəyik.

- Nəriman Axundzadənin vəziyyəti necədir?

- Durumu pis deyil. Amma yaxın günlərdə komanda ilə məşqlərə qoşulması gözlənilmir. Çempionlar Liqasındakı ikinci oyununadək kollektivə qatılacaq.

- Bu həftə AFFA İcraiyyə Komitəsinin iclası olub. Həmin iclasda iştirak etmisiniz?

- Bu həftə iclas olub? Məncə, olmayıb. Ola bilsin, onlayn formatda keçirilib.

- Sizcə, yığmanın növbəti baş məşqçisi yerli olmalıdır, yoxsa əcnəbi?

- Mən də şablon cavab verim? Burada əsas kriteriyalara düzgün əməl olunmalıdır. Tanıdığım bir neçə yerli məşqçi var ki, çox çalışırlar, öz üzərilərində işləyirlər. Onların işgüzarlığını hər zaman yüksək qiymətləndirmişəm. 4-5 məşqçimiz var ki, gecə-gündüz özünü inkişaf etdirməyə çalışır. Bu da nəticə, intizam və kollektivçilik gətirir. Xarici məşqçiləri isə yaxından tanımıram. Ona görə də hər zaman öz məşqçilərimizə üstünlük vermişəm. Millidə də, klublarda da yerli məşqçilərə güvənmək lazımdır.

- Emin Mahmudov sizin millidəki rekordunuzu yenilədi. Bununla bağlı nə deyə bilərsiniz?

- Onu təbrik etmişəm. İdmanda daimi heç nə yoxdur. Emin işgüzar, intizamlı və nümunəvi futbolçudur. Onu yenə də təbrik edirəm. Rəqəmlər o qədər də önəmli deyil. Digərlərinə də motivasiya olar ki, onun rekordunu təzələsinlər.

- "Benfika"nı gözucu təhlil etmisiniz?

- Bəli, baxmışam. Onları necə tanıyırqsa, elədirlər. Çox dinamik futbol oynayırlar. Hazırda Portuqaliyada ən dinamik oynayan komandadır. Oyunçular bir-biri ilə yaxşı balanslaşdırılıb. Yenə də geniş analiz edəcəyik. Çalışacağıq ki, onlara qarşı yaxşı oynayaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Sentyabr 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri