Qurban Qurbanov: “Neftçi”nin oyununda irəliləyiş hiss olunur
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 9 noyabr, AZƏRTAC
Çox vacib qələbə əldə etdik. Çempionatda bu cür oyunlarımızın sayı daha çox olmalıdır ki, inkişaf da olsun.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının “Zəfər turu”nda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, “Neftçi”nin oyununda irəliləyişin olduğunu söyləyib: “Kollektiv sanki biri-birini tamamlayır. Daha sistemli oyun nümayiş etdirirlər.
Mütəxəssis iki cəbhədə - həm Azərbaycan çempionatında, həm də Çempionlar Liqasında mübarizə aparmağın asan olmadığını deyib: “İstər-istəməz futbolçulara yükləmələr çox olur. Həddindən artıq çox güc sərf edirlər. Bu barədə narahat oluram. Düzdür, futbolçularımızı qoruyub saxlamaq üçün bəzi matçlarda oyunun keyfiyyətini qurban vermişik. Amma çalışırıq ki, bu sistemə uyğunlaşaq”.
Qeyd edək ki, bu nəticədən sonra Qurban Qurbanovun komandası 23 xalla liderliyə yüksəlib, “ağ-qaralar” isə 15 xalla 7-ci sırada qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Noyabr 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















