Icma.az
close
up
RU
Qurban Qurbanov: “Onda hakimləri də cəzalandırsınlar”

Qurban Qurbanov: “Onda hakimləri də cəzalandırsınlar”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Azərbaycan Premyer Liqasının XXVII turunda baş tutan “Kəpəz” – “Qarabağ” (0:0) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Qalib gəlmək istəyirdik, alınmadı. Daha çox epizod yaratmaq istədik, amma şərait imkan vermədi. Süni örtük, meydan sulanmamışdı. Futbola əks olan hər şey var idi. Belə şəraitdə futbol oynamağı fikirləşməmişdim. Sürətli oyun qurmaq istəyirsən, alınmırdı. Özüm oyunun nə vaxt bitəcəyini gözləyirdim. Azərə, Gəncə komandasına uğurlar arzulayıram. Sadəcə oyunda mübarizə, dinamika, sürət yox idi. Bu qədər qol epizodu oldu, yararlana bilmədik. Bunlar texniki səhvlər idi.

– Stadionun sualnmaması “Kəpəz”in yoxsa “Turan Tovuz”un məsuliyyətindədir?
– Sadəcə fikirlərimi bildirdim. Bilmirəm.

– İntizam Komitəsinin qərarları sizin oyunlara təsiri necə idi?
– “Qarabağ”dan 3-4 oyunçuya qırmızı verilməsini istəyirdin? Ümumiyuətlə, futbolçu topu alanda aqressivlik göstərəndə niyə qırmızı verilməlidir? Oyunda aqressiya azarkeşləri daha da çılğınlaşdırır. O qədər derbilərdə bunun şahidi olmuşuq. Amma hansında etiraz edən oyunçulara qırmızı verilib? Musa oğlum olduğu üçün çox danışa bilmirəm. Amma niyə verilməlidir? Hələ Xəqani Məmmədov deyib ki, Veşoviçə verilməlidir. Hətta deyiblər ki, “Qarabağ”a niyə vərəqə verilmir? Elə bir forma yaranıb ki, sanki bizə güzəşt edirlər. İstəmərəm ki, nə rəqib, nə də bizim oyunçulara qırmızı verilsin. Ta ki, orada sərt bir şey yoxdursa. 1 həftədir ki, ancaq verilişlərdə “Qarabağ” barədə danışırlar. Bugünkü matçın ikinci hissəsini götürsək, cəmi 15 dəqiqə futbol getdi. Avropayla nəyi müqayisə edirik? Sadəcə “Araz-Naxçıvan”la olan məsələdə sanki bütün günahkar biz idik. Elə hamımız gedək hakimlərin üzərinə. VAR-da oturanlar görmürlər ki? Mən epizoda təkrar baxdım, Kamal Umudlu çox yaxşı idarə etdi. Onda hakimləri cəzalandırsınlar da. Əliyar Ağayevi, Kamalı cəzalandırsınlar. Uduzduğumuz oyunlar N qədər olub. İnanın ki, elə oyunlar olub ki, oyunçumu sıxıblar qəsdən dəyişmişəm. Amma bu barədə bir dəfə də danışmamışam. Sadəcə qırmızı vermək istəyirsənsə, ver, amma 5 gün sonra belə qərar da olmaz. Hər bir qərara hörmətlə yanaşırıq. Amma arada fikirlərimi bildirməliyəm. Hələ Xəqani müəllim Veşoviçin də qırmızı almasını gözləyirdi. Bu məsələ çox böyüyüb deyə fikirlərimi bildirirəm. Televiziyada elə danışırlar ki, sanki bizim 5 oyunçumuza qırmızı verilməlidir. Niyə? Belə aqressivlik məncə yaxşıdır. Futbolçular daha da aqressivləşir. Sadəcə danışmıram deyə sanki məni günahkar kimi görürlər. Ona qalsa Dieqo Simeoneyə hər oyunda qırmızı verilməlidir. Hətta Yankoviç orada Vadimə yaxınlaşır ki, sən orada qışqırdın. Bütün epizodları xırdalamışam. Onlara qışqırmaq olar bizə yox? Gələn dəfə deyəcəm ki, qışqıran oyunçuları cərimələyəcəm.

– Bu oyun Bakıda olmalı idi, amma olmadı. Ətraflı məlumat verə bilərsiz?
– Aydınlaşdırılası bir şey yoxdur. İK-nın rəhbərli bura gəlməliydilər, amma son günlərdə bu alınmadı. Sadəcə bizdən xahiş etdilər və razılıq verdim.

– Ramazan ayında futbolçuların oruc tutması onların performansına necə təsir edir?
– Oruc tutmasında heç bir axsaqlıq görmədim. Ümumiyyətlə, dünya futbolunda bu var ki, hakim oyunun ortasında iftar üçün vaxt ayırır. Bu bir mədəniyyətdir.

– İK-nın iclasında yeni gələcək klublara 1 illik möhlət verilib.
– 1 ildən sonra danışarıq (gülür). Yəqin ki, nəsə bir addım atarlar. Avropada bizim hansısa komandaya qarşı oyunlarda 60 dəqiqədən artıq top oyundan çıxmır. Baxın, nə qədər bizi üstələyirlər. Nəyisə inkişaf etdirmək üçün, nəyisə qurban verməliyik.
İK-nin iclasında da burada dediklərinizi deyirsiz?
Müzakirə edirik. Burada dediyimizi orada da deyirik. Sponsorlar axtarılır. İK 13 nəfərdən ibarətdir. Hər qərar səsə qoyulur. Amma bütün fikirlər səsləndirilir və izah olunur.

Mirkamal Kazım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Mart 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri