Icma.az
close
up
RU
“Qurban Qurbanov “Qarabağ”ı qoyub getmək istəmədi” Emrah Çelikel

“Qurban Qurbanov “Qarabağ”ı qoyub getmək istəmədi” Emrah Çelikel

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ” Futbol Klubunun direkroru Emrah Çelikel Türkiyənin “beIN SPORTS” kanalının saytına müsahibə verib.

QOL.az xəbər verir ki, o, müsahibədə klubla bağlı gündəmdə olan sualları cavablandırıb.

- Ötən mövsüm UEFA Avropa Liqasında fırtına kimi əsən “Qarabağ” bu mövsüm istədiyi kimi çıxış etmir. Bu problemin səbəbini nədə görürsünüz?

- Avropa Liqasındakı gedişatı biz də analiz edir və durumu anlamağa çalışırııq. Bunu liqanın yeni formatı ilə əlaqələndiririk. Ötən illər daha çox özümüzə uyğun rəqiblərlə qarşılaşardıq. İndi ilk 24-lüyə düşmək üçün 2 matçımız qalıb. Əlimizdən gələni edəcəyik.

- Azərbaycan Premyer Liqasında son 10 ildə çempionluğu əldən vermirsiniz (“Neftçi”nin 2021-ci ildəki çempionluğu xaric - QOL.az). Bu durumdakı rəqabətsizlik Avropa arenasındakı çıxışınıza mane olurmu?

- Açığı, Avropa arenasında yarışan komandalar yerli liqalarda böyük rəqabət içindədirlər. Azərbaycan liqasında çox güclü rəqabət olmadığına görə komandamız hardasa indiki gücünün üstünə əlavə güc gətirə bilmir. Biz də rəqabəti çox istəyirik. Nəticə dəyişmir. Son 10 ildə yalnız 1 dəfə 2-ci olmuşuq. Bunlar bizi uğura əsla doydurmur.

- Başda Türkiyənin komandaları olmaqla bir neçə Avropa klubunun baş məşqçiniz Qurban Qurbanovu heyətində görmək istədiyi bildirilirdi. Bu iddialar həqiqəti əks etdirirmi?

- Türkiyədə komandalar məşqçimizlə danışıqlar aparmaq istədi, amma o, “Qarabağ”ı qoyub getmək istəmədi. “Qarabağ”ın güclü mənəvi ruhu var. Hocamız da Vətəninə, bayrağına bağlı bir şəxsdir. 2008-ci ildən onunla çalışırıq. Əsla getmək kimi bir məsələ olmayıb. Bizim də sonradan eşitdiyimiz kimi, Avropa klubları onunla danışıqlar aparmaq istəyib. Amma məşqçimiz onlara da qəti cavab verib. 

- “Sevilya”nın futbolçunuz Juninyonu 2 milyon avroya transfer etmək istəməsi haqda xəbərlərlə bağlı nə deyə bilərsiniz?

- Rəqəmlərlə bağlı fikir bildirməyəcəm. Amma “Sevilya”dan rəsmi təklif var. Təklif bu həftə göndərilib. Danışığımız olub. Amma ilk mərhələdə razılaşmadıq. Danışıqların davam edəcəyini düşünürük.

- Bəs, braziliyalı hücumçu üçün Türkiyə superliqasından təklif olubmu?

- Juninyo burada xoşbəxtdir. Daim inkişaf edir. “Sevilya”nın niyyəti ciddidirsə, bizim də öz vəziyyətimizə nəzər salmaq lazımdır. Qış fasiləsində Juninyo kimi futbolçu tapa bilmərik. Azərbaycan Liqasından kiminsə orada oynamasını istərdik. Amma “Qarabağ”ın da durumunu unutmamalıyıq. Juninyonun adı Türkiyə klubları ilə hallanmışdı. Bəlkə də futbolçunun özü və meneceri ilə danışıq olub. Amma ilk rəsmi təklif “Sevilya”dan gəldi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Dekabr 2024 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri