Icma.az
close
up
RU
Qurban Qurbanov “Qarabağ”ı xilas etməkdən ötrü...

Qurban Qurbanov “Qarabağ”ı xilas etməkdən ötrü...

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Premyer Liqada ciddi rəqabətlə üzləşməyib çempionluğa yiyələnən "Qarabağ" avrokuboklarda azarkeşlərə pərişanlıq yaşatdı. Avropa Liqasının Liqa mərhələsində meydana çıxdığı 8 oyunun 7-də məğlub olan təmsilçimiz bu matçlarda xeyli çətinliklərlə üzləşdi.

"Qarabağ"ı qarşıda növbəti avrokubok mövsümü gözləyir. Lakin komandanın son vaxtlar göstərdiyi performans, xüsusilə də ölkə kubokunun finalındakı sönük oyunu gələcəklə bağlı ciddi suallar yaradır. Açıq-aydın görünür ki, "Qarabağ" güclənməsə, uzağa getmək mümkün olmayacaq.

Ölkə.Az xəbər verir ki, bu barədə "Sportal.az"ın yazdığı məqalədə qeyd olunur.

Bildirilir ki, Qurban Qurbanov üçün ən önəmli məsələ komandanın "onurğa sütunu"nu yeniləməkdir: "Qarabağ"a ilk növbədə bir stoper, bir dayaq yarımmüdafiəçisi və hücumçu gərəkdir.

Son illər müdafiənin mərkəzində Bəhlul Mustafazadə - Kevin Medina tandemi yaxşı təsir bağışlasa da, indi bu ikiliyə ümid bağlamaq olmur. Bəhlul açıq-aşkar düşüş yaşayır, xüsusən də avrokubok matçlarında "çatdırmadığı" göz önündədir. Kevin Medina isə son vaxtlar dərin ehtiyata düşüb. Səbəbi bilinməsə də, anlaşılan budur ki, Qurban Qurbanov ona güvənmir. Bu mövqedə daha bir isim Mateus Silvadır, amma braziliyalı stoper kimi həmin effekti vermir".

Qeyd edilir ki, daha bir boşluq yarımmüdafiənin dayaq zonası ilə bağlıdır: "Qışda Romaonun gedişindən sonra baş məşqçi həmin mövqeni Benzianın hesabına doldurmağa çalışırdı. Məsələ burasındadır ki, Benzia özü də yol üstədir, klub onunla ortaq məxrəcə gələ bilmir. Amma razılıq əldə olunsa belə, Benzianın avrokubok matçlarında dayaq yarımmüdafiəçisi kimi uğurlu olacağını əminliklə demək olmur. Səviyyəli rəqiblərlə oyunda rəqib hücumlarını dəf etmək, ciddi təzyiq altında müdafiədən çıxması çətin tapşırıq hesab olunacaq onun üçün. Bunların üstünə Patrik Andradenin gedişini də əlavə eləsək, mütləq yaxşı bir dayaq yarımmüdafiəçisinin transferinin şərtləndiyini deyə bilərik.

Və təbii ki, yaxşı bir hücumçü. Juninyonun gedişindən sonra Nəriman Axundzadə əsas hücumçuya çevrilsə də, avrokuboklarda ona ümid etmək real deyil. Heç şübhə yoxdur ki, "Qarabağ" elə qışdan axtarışlara başlayıb.

Digər mövqelərdə də güclənməyə ehtiyac var. Lakin ən əsas olan "onurğa sütunu"dur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:255
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri