Icma.az
close
up
RU
Qurban Qurbanovu həmişə müdafiə edərəm, cəmi iki məsələyə görə isə yox

Qurban Qurbanovu həmişə müdafiə edərəm, cəmi iki məsələyə görə isə yox

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milyard il də olsa, Qurban Qurbanovu qınayanlardan müdafiə edərəm, amma cəmi iki məsələyə görə yox: ⁠Uduzduğumuz oyundan “razı qalması”, bəzən hansısa futbolçunun lehinə inad etməsi.

Ölkə.Az xəbər verir ki, bunu tanınmış idman jurnalisti, "Futbolpress" saytının baş redaktoru Elçin Cəlilov "Zərərli israr və ya uduzanda razı olmayaq" məqaləsində qeyd edib.

O vurğulayıb ki, illərdir Qurban müəllimi detallı izləyir, araşdırır. Onda bu iki məsələdə inadkarlıq heç yaxşı hal deyil: 

"İlk dəfədir bunu qeyd edirəm, əvvəllər onun əziz xətrinə görə toxunmurdum. Qurbanov nadir şəxsiyyətdir ki, Azərbaycan futboluna xidmət edib. O bizimçün mənəvi anlamda toxunulmazdır. Ondan öyrənməliyik və yeni-yeni ideyalarının gerçəkləşməsinə, icrasına meydan verməliyik. Bütün bu pozitivlərin ucaltdığı bu şəxsiyyətin tənqid olunmalı məqamını da qeyd etmək vacibdir".

Jurnalist Elçin Cəlilov

Mütəxəssis qeyd edib ki, bəzən legionerə, bəzən yerli oyunçuya görə inad edib, ona inanılmaz dərəcədə dəstək verib, şans tanıyıb: "Lakin indi biz yüksəlişdə, öyrənməkdə olan “Qarabağ”dan deyil, 12 ildir sərasər avrokuboklarda çıxış edən klubdan danışırıqsa, artıq baxış bucağında dəyişikliyə ehtiyac var".

E.Cəlilov bildirib ki, “Qarabağ” klub olaraq cari ÇL mövsümünə xəsis yanaşıb, yaxud qeyri-ciddi.

Nəriman Axundzadəyə gəldik isə jurnalist vurğulayıb ki, o, dünya futbol təfəkkürünə görə gənc sayılmır: "Bu yaşda futbolçu ustalığa namizəd, yaxud usta olur. Ancaq bu növ cavan hər formada göstərir ki, ona ümid bəsləmək əbəsdir. Gəncdir, hələ öyrənəcək?! Artıracaqsa belə, bu eksperiment “Qarabağ”da olmamalıdır".

O qeyd edib ki, Andrade kimi top saxlama, müdafiə-hücum fazasında dinamik balans yaratma, pressinq kimi keyfiyyətləri olan futbolçunu çıxarıb, yerinə Nərimanı salmaq irəlidə olduğumuz oyunu uduzmağa səbəb olan əsas qərar idi.

"Nəriman pressinqdə yoxdur, top qəbulunda həvəskar səhvlər edir, meydanda yerini belə doğru təyin edə bilmir. Və bu oyunçu iki ildir ki belədir…

“Çelsi” ilə dominant oynayarkən əvəzetmələrdən sonra “sındıq” və qələbəni əldən verdik, “Ayaks”a qarşı da hərtərəfli üstünlük yaratmışkən edilən əvəzetmələr bizdə eniş, rəqibdə yüksəliş yaradırsa… Barı oyundan “razı qalmayaq”, Qurban müəllim", - deyə E.Cəlilov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Dekabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri