Icma.az
close
up
RU
Qurban Qurbanovun yerində olmaq istərdimmi? YAZI

Qurban Qurbanovun yerində olmaq istərdimmi? YAZI

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Dəqiqələri, saatları iplə dartırıq, bircə bu gün bitsəydi, bircə yeni gün başlasaydı, bircə komandalar “Bəhramov”un yaşıl meydanına çıxsaydı... Bircə... Bircə...

“Qarabağ” “Benfika”nı səfərdə inanılmaz ssenari ilə məğlub etməklə çərçivəni özü qaldırdı, Azərbaycanı və azərbaycanlıları həvəsləndirdi. İndi də Azərbaycanın və azərbaycanlıların həvəsini qursağında qoymamalıdı. Məsuliyyət necə də böyükdü, aman Allah, mən sətirləri yazanda həyəcanlanıram, gör indi Qurban Qurbanov və futbolçular nə çəkir. Mən onların yerində olmaq istədimmi? Səmimi şəkildə deyirəm: yox, yenə də yox!
Qurban bəy də bu gün mətbuat konfransında dedi ki, Azərbaycanın hər bölgəsindən oyuna maraq var. Maraq yox, inanılmaz maraq var. O qədər bilet istəyən var ki, adam heç bilmir neynəsin. Kaş imkanımız olaydı, stadionun ölçülərini, tutumunu bir gecənin içində artıraydıq, stadiona 30 yox, 100 min adam gələydi. Amma indi stadionda yox, “Qarabağ”ın yanında olmaq daha vacibdi. Alqış, niyyət, sevgi, dua ilə. Bəlkə də ölkə futbolunun tarixində bundan daha vacib oyun olmayıb, bəlkə Allahın verdiyi zaman limiti içində çox-çox vacib oyunlara da şahidlik edəcək, belə oyunlara bilet axtaracağıq. Bu gün isə olanımız budu: yığma səviyyəsində total uğursuzluqlar fonunda ÇL-in əsas mərhələsi kimi vacib, nüfuzlu qonaq şəhərimizə gəlib. Qonağın pişvazına çıxaq, qarşılayaq, xətir-hörmət göstərək.
O qonağın təmsilçisi “Kopenhagen”di. Nədəndə Azərbaycanda çoxlarının olduğundan daha güclü rəqib kimi qələmə verdiyi Danimarka çempionu. Əlbəttə, rəqibi həmişə qiymətləndirmək lazımdı – istər “Kopenhagen” olsun, istərsə də Region Liqasında mübarizə aparan “Hacıqabul”, “Sabirabad”, “Ərkivan”. Amma altruizmin dibsiz boşluğuna da yuvarlanmayaq. “Kopenhagen”di, gəlir-gəlsin də, 2017-də məğlub etmişik, yenə də məğlub edə bilərik. Bakıya bundan da güclü komandalar, hətta “böyük beşlik” təmsilçiləri də gəlib, bəzilərinin “burnunu ovub” göndərmişik, çoxlarıyla da layiqincə mübarizə aparmışıq. Bir sözlə, qorxmalı olan kimsə varsa da, o “Qarabağ” deyil!
Ümumiyyətlə, adında “Qarabağ” sözü olan, daim bu adı böyük əzəmətlə daşıyan komanda kimdən və niyə qorxmalıdı?! Təbii, qorxmamalıdı və qorxa da bilməz. Rəqibə hörmət edək, oyununu yaxşı öyrənək, qol yollarını, sonra da əlini-qolunu bağlayıb yola salaq! Vəssalam-şüttamam!
Bircə bu gün bitsəydi, bircə oktyabrın 1-i gəlsəydi, bircə saat 20.45 olsaydı...
HUŞƏNG

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Sentyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri