Qurban Yetirmişlidən ZƏLZƏLƏ İLƏ BAĞLI AÇIQLAMA
“Gecə Xəzər dənizində birinci təkan 02:03-də başladı, sonra ikinci oldu. Səhər isə üçüncü təkan baş verdi. Bunların hamısının maqnitudası 3-dən yuxarıdır. Təkanlararası təkandan sonra baş verən xırda avterşokların sayı isə 13-dən çoxdur. Enerji boşalması gedir. Səbəb isə yerdaxili dinamik proses, hərəkətlər, blokların tektonik qırılma boyu və burada toplanan gərginliklərin parçalanmasıdır. Nəticədə zəlzələlər baş verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
“Xəzər dənizi aktiv regiondur. Xəzərin şimal-şərqində, şimalında, eləcə də orta Xəzərdə, cənub-şərqdə, şərqdə zəlzələ ocaqları var. Buna görə də xırda təkanlar baş verir. Maqnitudası 3-dən yuxarı olan zəlzələlər zamanı ayrılan enerji qalan enerjidən qat-qat çox olduğuna görə sonrakı avterşoklar hesabına enerji boşalması gedir. Qırılma boyu zəlzələ ocağında dağıdıcı katastrofik, güclü zəlzələ olması ehtimalı yoxdur. Ola bilsin ki, hiss edilən və ya edilməyən xırda təkanlar davam etsin, amma burada qorxulu bir şey yoxdur. Qurudakılar narahat olmasınlar”, - Q.Yetirmişli bildirib.
Aytəkin Qardaşova