Icma.az
close
up
RU
Qurban Qurbanov: “İstirahətdən sonra “Benfika” ilə oyuna hazırlaşacağıq”

Qurban Qurbanov: “İstirahətdən sonra “Benfika” ilə oyuna hazırlaşacağıq”

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Futbolçularımı təbrik edirəm. Asan qələbə deyildi. Belə şəraitdə, belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Lakin yenə də bacardılar. Bizim üçün vacib oyun idi. Futbolçularıma təşəkkür edirəm. Xeyli azarkeşimiz var idi. Onlara da minnətdaram. Azər Haşımova uğurlar arzulayıram. Premyer Liqada yeni kollektivlə iştirak edirlər. Əvvəlki oyunları da çox yaxşı səviyyədə keçirmişdilər. Bu gün də, çox yaxşı oyun qurmuşdu, qapımız qarşısında xeyli sayda təhlükəli epizod da yaratdılar. Get-gedə də daha da yaxşı kollektiv və daha yaxşı nəticələri olacaq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turunun “Karvan-Yevlax”la(0:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

– “Benfika” ilə oyuna hazırlaşan “Qarabağ” üçün “Karvan-Yevlax”la matça köklənmək çətin deyilki?

– Düzü, hələ o oyuna hazırlaşmaq barədə düşünmürdük. Sadəcə “Karvan-Yevlax”la matçı fikirləşirdik. Avrokubok matçından, o atmosferdən çıxıb, bu gün belə şəraitdə oynamaq var idi. Ona görə dedim ki, “Ferentsvaroş”la matçdan sonra futbolçuları bu oyuna motivasiya etmək asan deyildi. Amma illərdir ki, belə hallar olur. Çox istəyərdik ki, daha yaxşı meydançada, daha çox azarkeş olsun. Bu iki amil futbolçular üçün çox önəmlidir. İstirahətdən sonra “Benfika” ilə oyuna hazırlaşacağıq.

– Kamilo Duran debüt etdi, amma Dani Montiel hələ ki görməmişik. Onun durumu necədir?

– Burada elə bir ciddi problem yoxdur. Sadəcə hazır deyil. Altı aydan çoxdur ki, komanda ilə məşq etməmişdi, fərdi hazırlaşmışdı. Hələ idman formasından uzaqdır. Düzdür, kollektivlə məşqlərə qoşulub. Amma hələ bu cür oyunları oynayacaq gücdə deyil. Daha da çox vaxt lazım olacaq. Çempionata verilən fasilədə inanıram ki, özünə yavaş-yavaş gələcək. Qarşıdakı matçlarda ilk dəqiqələrdən yox, sonradan oyuna çıxmaq şansı olacaq.

– Son günlərdə “Neftçi”nin “Qarabağ”ı ÇL-in əsas mərhələsinə düşməsi münasibəti ilə təbrik etməməsi müzakirə edilir. Sizə görə, “Neftçi” tərəfinin “Qarabağ”ı təbrik etməməsi düzgündür?

– Samir həmişə telefonla təbrik edir. Elçin müəllimlə həmişə əlaqə saxlayır. Demək olar ki, bütün matçlardan sonra zəngləşib, təbriklərini çatdırır. Düzünü desəm, bu məsələyə ciddi də yanaşmamışdım. Amma hər klubun da öz yanaşması var. Bu gün buna görə “Neftçi”dən incidim deyə, bir şey yoxdur. Hərənin yanaşması, hər bir klubun idarə edilməsi fərqlidir. “Neftçi” hamımızın “Neftçi”sidir, Samir bizim dostumuzdur, rəhbərlikdəkilər də dostlarımızdır. Çox yaxşı münasibətlərimiz var. Rəhbərlikdən də oyundan sonra şəxsən mənimlə əlaqə saxlayanlar çox olub, təbrik ediblər. Rəsmi, yazılı formada olmayıb, bunu ciddiyə də almıram.

– Samba Sumano və Juninyonun “Qarabağ”a keçidi məsələsi nə dərəcədə doğrudur?

– Bəli, danışıqlar gedir. Biz tərəfimizdən ciddi təklif də olub. Ola bilər ki, biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf ola bilər ki, daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıq çox çətinləşməyə başladı.

– Çempionlar Liqasının təqvimindən razısız?

– Normaldır. Əsas mərhələdir də. Bir deyim var, keçəl Həsən, Həsən keçəl, ikisi də eynidir.

– Legioner limitinin ləğvi Azərbaycan futboluna nə verdi, nə aldı?

– Fikir bildirmək tezdir. Çempionatın gedişatında baxacağıq. Komandalar da keçən mövsümə nisbətən bəlkə daha da ciddiləşib, daha da fərqli olub. (sportal.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 31 Avqust 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see328

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see229

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see210

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see161

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see140

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see135

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see133

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see132

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see128

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see128

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see128

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see128

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see124

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see121

Niyə getmişdi, niyə gəldi?

14 Oktyabr 2025 09:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri