Benfika ya qarşı çəkinmədən oynayacağıq Qurban Qurbanov
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Bu gözəl stadionda oynamaq, bu şəhərdə olmaq bizim üçün çox xoşdur. Təbii ki, daha yaxşı hazırlaşmaq istərdik. Amma bəzi səbəblərə görə istədiyimiz kimi hazırlaşa bilmədik. Hər bir halda təcrübəmiz var”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda sabah “Benfika” ilə səfərdə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
O, komandasının güclü Portuqaliya klubundan çəkinmədiyini bildirib: “İnanıram ki, futbolçular sabah ən yaxşı oyunlarından birini oynayacaq. Çünki biz neçə illər idi ki, Çempionlar Liqasında bu mərhələdə oynamırdıq. Hər bir futbolçunun arzusu burada oynamaq idi. Sabah komanda çəkinmədən oynayacaq”.
Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və Bakı vaxt ilə saat 23:00-da başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Sentyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















