Icma.az
close
up
RU
Qurbanov: “Çalışacağıq, daha az səhv edək”

Qurbanov: “Çalışacağıq, daha az səhv edək”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında II təsnifat mərhələsinin “Şelburn”la oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Matça pis hazırlaşmamışıq. Baxmayaraq ki, üstünlüyümüz var. Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Buradakı oyunda istəyirik ki, daha yaxşı olaq, oyunumuzu daha da yaxşılaşdıraq. Çalışacağıq ki, sabah daha az səhv edək, daha yaxşı oynayaq.

– FCSB-nin prezidenti Cici Bekali sizə söz ataraq, komandasını motivasiya edir, “Qarabağ”ı qıcıqlandırmaq istəyir. Ona cavab verəcəksiz?

– Mənim xarakterimi bilirsiz. Bizim hələ cavab oyunumuz var. Bütün diqqətimiz sabahkı matçdadır. Atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk.

– Zədəlilərin durumu necədir?

– Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla olmayacaq. Yankoviç bu gün məşqdə olacaq. Bəlkə sabah “23-lüy”ə salarıq. Amma oynaması hələ ki böyük riskdir. Qarşıdakı matçda gedişata uyğun addım atacağıq. Son vaxtlar dünya futbolunda zədəlilərin sayı çoxalır. Futbol güc, sürət tələb edir.

– FSKB-nin “Şkendiya” ilə oyunu izləmək planınızda var?

– O oyuna heç kim getməyəcək. Əgər imkan olsaydı, addım atardıq. İstədik ki, bütün kollektivimiz bu oyun üçün burada olsun.

– Tahir Gözel deyib ki, hücum xəttinə oyunçu transfer etməyi planlaşdırırıq. Hücumçu transfer etmək istəyirsiz?

– Ən çox hücum mövqeyinə oyunçu axtarırdıq. Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə futbolçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu ilə danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təkliflər gəldi, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. İdman formalarından, işə yanaşmalarından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Digər hücumçu axtarırıq, mövqeyi daha da möhkəmləndirmək istəyirik. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə işimizi daha da sığortalamaq istəyirəm.

– “Qarabağ”ın əsas qapıçısı fikri hələ ki yoxdur. Bəzən Fabyan Buntiç, bəzən Şahruddin Məhəmmədəliyev, bəzən də Mateuş Koxalski oynayır…

– Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, ən azından çempionata kimi oyunçuların oyun təcrübəsini qoruyub-saxlayaq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdəki işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışdıq ki, onu meydana buraxaq, haqqını alsın. Qapıçıların hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik.

– Sami Mmae “Qarabağ”a keçəndə, “Dinamo” azarkeşlər sosial şəbəkələrdə “Qarabağ”a təşəkkür etmişdilər ki, “sağolun, onu transfer etdiz”…

– Kimlərisə sevindirmişiksə, bu da əlavə uğurdur. Mmaenin yaxşı mərkəz müdafiəçisi olmaq üçün üstünlükləri var. Yaxşı oyunçu o demək deyil ki, hər yerdə oynayacaq. Ağıllı sistem o demək deyil ki, bu sistem ən yaxşısıdır. Mmaenin qabiliyyəti, bacarığı bizə uyğun gəlir deyə onudəvət etmişik. Tam formada deyil. Amma komandaya qoşulub, məşqlər edir. Başqa rəylərə, hansısa fikirlərə fikir bildirməyə həvəsimiz və vaxtımız yoxdur.

– Redon Cica böyük ümidlərlə “Qarabağ”a transfer edilmişdi. Sonradan nə baş verdi ki, oynamadı?

– Cica çox yaxşı hücumçudur. Digər tərəfdən Juninyonun gəlişi, sonradan Nərimanın yaxşı inkiaf etməsi… İstər-istəməz Cicaya daha az şans verdik. Çempionatımızda limit məsələsi var idi. Bu da mane olurdu .Amma Cicadan daha artığını əldə etdik. Çempionlar Liqasının təsnifat mərhələsində qollar vurmuşdu. Bunun sayəsində Avropa Liqasının qrupuna düşmüşdük. Liqada az şans qazandı. Az oyun oynadı. Çıxdığı oyunda bizim üçün faydalı idi. İnanın ki, Cica kimisinin olmasını istəyərdim. Amma futbolçunun özünü də nəzərə almaq lazımdır. Onun da öz arzuları, karyerası var. Həm meydana sonradan girməyi bacarır, həm də start heyətində oynamağı. Qol vurmaq qabiliyyəti var, yaxşı insan və idmançıdır.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Avqust 2026 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see306

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see273

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see269

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see268

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see258

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see251

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see251

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see242

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see233

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see218

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see215

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see214

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see213

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see211

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see201

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see200

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri