Icma.az
close
up
RU
Qurbanov hakimlərdən narazı qaldı: “Üç dəfə baxdılar, görmədilər”

Qurbanov hakimlərdən narazı qaldı: “Üç dəfə baxdılar, görmədilər”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XXV turunun "Kəpəz" - "Qarabağ" matçından (1:0) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Azər Bağırovun komandasını təbrik edirəm. İstəkli idilər, çox yaxşı qalibiyyət əldə etdilər. Bizə azarkeşlik edən xeyli sayda insan var idi. Onlara təşəkkür edirəm. Məğlub olduq. Futboldur, belə hallar olur. Deyiləcək bir söz yoxdur".

- Məğlubiyyətin əsas səbəbi nədir? 
- Sadəcə rəqib qalib gəldi. Futbolçular istəkli idilər, pis hazırlaşmamışdıq. Oyunda yaxşı temp var idi. Xeyli sayda qol epizodlarımız oldu. Onları dəyərləndirə bilmədik. Rəqibin bir epizodu qolla nəticələndi. Bu gün bizim günümüz deyildi.

- Meydançanın ot örtüyü oyununuza necə təsir etdi? 
- Süni örtüklü meydança ilə təbii örtüklü meydança eyni deyil. Yevlax şəhər stadionu bəzi meydançalardan pis deyil.

- Bu mövsüm "Kəpəz"ə ikinci dəfə məğlub olduz. Rəqib sizə qarşı daha motivasiyalı olur, yoxsa komandanızda arxayınlıq var? 
- Biz qətiyyən rahat deyilik. Əvvəlki oyunda komanda bir az yorğun idi. Bugünkü matça çox yaxşı hazırlaşmışdıq. Biz də istəkli idik, onlar da. Futbolçularıma deyiləcək bir söz yoxdur. Çox güc sərf etdilər, qalib gəlmək istəyirdilər.

- Penalti gözlədiyiniz epizodla bağlı fikirləriniz necədir? 
- Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da deyəsən Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi.

- Epizoda baxmısız? 
- Baxdım. Penalti olduğunu düşünürəm. Kamilodan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Əgər orada penalti yoxdursa, heç nə. Görək də nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun.

- Rəhim Həsənov adətən hakimlərin qərarını təsdiqləyir... 
- Təsdiqləyəcək. Ona görə də çox da üzərinə getmək lazım deyil.

- Çempionluq mübarizəsi davam edir? 
- Mütləq davam edəcəyik. Hər oyunda azarkeşlərimizə qələbə bəxş etmək istəyirik. Çempionluq elə bir şeydir ki, tək qələbə qazanmaqla deyil, başqa komandaların xal itirməsi də sənə üstünlük verir. Bizim xal itkilərimiz "Sabah"a böyük üstünlük verib. Onların bu qədər xal itirəcəyi çətin görünür. Çox yaxşı oyun sistemi qurublar. Hər bir halda sona qədər yaxşı oyun və yaxşı nəticə üçün meydana çıxacağıq.

- Şahruddin Məhəmmədəliyev milli komandaya dəvət olunub. Onun idman forması necədir? 
- Dəvət ediblər ki? Tam hazır deyil.

- Komanda ilə məşq edir? 
- Texniki məşqlər edir. Oyun məşqlərində olmur. Ola bilər təcrübəsinə görə dəvət olunub. 

- Nə vaxt meydana çıxa bilər? 
- Fasilədə komanda ilə tam məşqlərdə olmalı idi.

- Gənc oyunçulara az şans verməyinizin səbəbi nədir? 
- Elə periodda idik ki, risklərə ehtiyac yox idi. Çempionlar Liqasından sonra kollektivdə yorğunluq var idi. Bütün futbolçuların idman formasını yaxşılaşdırmağa çalışırdıq. Qarşıdakı oyunlarda şans verə bilərik. İstənilən halda hamı hazır olmalıdır. Kim hazır olsa, meydanda o da olacaq.

Millimizin “FIFA Series – 2026” turniri üçün heyəti açıqlanıb AFFA rəsmisinə UEFA-dan növbəti təyinat “Neftçi” “İmişli”ni qəbul edir - YENİLƏNİR Millimizin heyəti açıqlanıb Valdas Dambrauskas: “Futbolu bir az düşünməyəcəm”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 Mart 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri