Icma.az
close
up
RU
Qurbanov: “Keçmiş nəticələri unutmuşuq”

Qurbanov: “Keçmiş nəticələri unutmuşuq”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Bolqarıstanın “ÇSKA Sofiya” klubu ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə cavab qarşılaşmasının əhəmiyyətini və rəqibin iddialı yanaşmasını vurğuladı:

— Hər iki komanda üçün çox vacib oyundur. İlk görüşün nəticəsi bərabərlik olub və cavab matçında hər ikimiz qalib gəlmək istəyirik. Rəqibin açıqlamalarından da görünür ki, çox iddialı və həvəslidirlər. Bu da məsuliyyətimizi bir qədər də artırır. Meydanda eyni səviyyəli iki komanda olacaq və şanslar bərabərdir. Hər bir halda inanıram ki, azarkeşlər maraqlı və baxımlı futbol izləyəcəklər. Biz də öz növbəmizdə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirməyə çalışacağıq.

— Bakıdakı ilk oyundan fərqli olaraq nə dəyişəcək, komandanın Avropa təcrübəsindən necə istifadə etməyi planlaşdırırsınız?

— Mərhələ keçmək istəyiriksə, mütləq Bakıdakı oyundan daha yaxşı performans göstərməliyik. Kəskin bir dəyişiklikdən söz gedə bilməz, amma oyun keyfiyyətimizi artırmağımız şərtdir, çünki matçın gedişində sistemdə dəyişikliklər və rotasiyalar etməyi bacaran rəqiblə qarşılaşırıq. Bizim ən güclü silahımız öz oyunumuzu daha da yaxşılaşdırmaqdır. Təcrübəyə gəldikdə isə, bəli, həm ümumi komandanın, həm də mənim təcrübəm var, lakin qarşı tərəfi də qiymətləndirmək lazımdır. Rəqibin baş məşqçisi zamanında yaxşı futbolçu olub, indi də keyfiyyətli mütəxəssisdir. Hansı detallardan istifadə edəcəyimizi deməyəcəyəm, amma belə oyunlarda daha soyuqqanlı və səliqəli olmalıyıq. Qarşımızda çox istəkli rəqib var və bu bizi sevindirir. Aqressiv azarkeşlər qarşısında daha soyuqqanlı və cəsarətli olacağımıza əminəm.

— Ötən mövsümün əsas qol silahları Kamilo Duran və Leandro Andrade komandanı tərk etdi. İlk oyunun 0:0 bitdiyini nəzərə alsaq, hücum xəttində onları necə əvəzləməyi planlaşdırırsınız?

— Bəli, kollektivə tam uyğunlaşan və oyunumuzun keyfiyyətini artıran iki mühüm futbolçumuzla yollarımızı ayırdıq. Onlar özünəinamı yüksək olan oyunçular idi, amma bu gün “onlar olsaydı nə edərdik” deyə düşünmürəm, hər ikisinə yeni klublarında uğurlar arzulayıram. İndiki hücum xəttimizə gəlincə, yeni transfer olunan futbolçularımız çox işgüzardır və özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Mən onları potensiallarına inanaraq komandaya dəvət etmişəm. Üslubca bir qədər fərqli olsalar da, maraqlı oyun manevrlərinə sahibdirlər. İnanıram ki, gedənlərin yoxluğunu hiss etdirməyəcək və nəticə üçün sonadək mübarizə aparacaqlar.

— İki il əvvəl “Ludoqorets”ə 7 qol vurmuşdunuz. İndiki oyunda da analoji nəticə gözləmək olar?

— Biz ümumiyyətlə o barədə düşünmürük. Belə böyükhesablı nəticələr nadir hallarda baş verir. Üstəlik, qarşımızdakı tamamilə fərqli komandadır. “İki il əvvəl 7 qol vurmuşduqsa, indi də rahat qalib gələcəyik” düşüncəsi ilə meydana çıxmaq olmaz. Bakıda bu komandanın gücünü bir daha gördük. Bu gün futbol elə bir səviyyəyə çatıb ki, hər an istənilən nəticə qeydə alına bilər. Bizim üçün fərqi yoxdur — 1 top fərqi olsun, 2 top fərqi olsun, əsas olan qələbə üçün düzgün oyun planı qurmaqdır. Bu komandaya qarşı səhlənkarlığa yol vermək olmaz. Keçmiş nəticələri unutmuşuq və sabaha lazım olan nəticəni əldə etmək üçün bura gəlmişik.

Ayxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 İyul 2026 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri