Icma.az
close
up
RU
Qurbanov komandasının bu “xəstəliyini” hələ də “müalicə” edə bilməyibsə, İsveçdə nəyəsə ümid etməyə dəyməz

Qurbanov komandasının bu “xəstəliyini” hələ də “müalicə” edə bilməyibsə, İsveçdə nəyəsə ümid etməyə dəyməz

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bu gün "Qarabağ" klubu UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçin "Elfsborq" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə gecə saat 00:00-da İsveçdə keçiriləcək.

Bəs İsveç təmsilçisinin zəif nöqtələrini hədəf almaq üçün "Qarabağ" hansı strategiyadan istifadə edə bilər? Həmçinin "Qarabağ"ın bu oyundan qələbə ilə ayrılması Azərbaycanın UEFA reytinqində irəliləməsinə necə təsir edəcək?

Bu barədə idman jurnalisti Natiq Muxtarlı Redaktor.az-a açıqlamasında bildirdi ki, “Elfsborq”la oyun “Qarabağ” üçün “davam və ya tamam” anlamındadır. Ona görə də bu oyunu, bəlkə də, “mövsümün qarşılaşması” hesab etmək olar:

"“Qarabağ” qələbə qazansa, qrupdan çıxmaq şansını saxlayacaq, əks təqdirdə isə qalan iki oyunda nəyəsə ümid etməyə dəyməz. Şərtlər “Qarabağ”ın lehinə deyil. Heyətdə ciddi itki var. İki əsas müdafiəçi – Medina və Bəhlul Mustafazadə yoxdur. Qarşılaşma Bakı vaxtı ilə az qala gecə yarısı, süni örtüklü meydanda keçiriləcək. Bütün bu amillər oyunun taleyinə ciddi təsir edə bilər. Amma “Qarabağ”ın əsas problemi bu deyil".

Ekspertin sözlərinə görə, bu mövsüm “Qarabağ”ı xallardan edən ən böyük problem yaradılan imkanlardan yararlana bilməmək “xəstəliyidir”:

"Qurban Qurbanov komandasının bu “xəstəliyini” hələ də “müalicə” edə bilməyibsə, İsveçdə nəyəsə ümid etməyə dəyməz. Komanda topa nəzarət edə, yaxşı oynaya, meydanda rəqibdən üstün ola bilər. Amma qol vurmasan, mütləq məğlub olacaqsan. Ona görə də “Qarabağ”ın hücum xəttindən mütləq maksimum soyuqqanlılıq və dəqiqlik tələb olunur".

N.Muxtarlı qeyd etdi ki, heç şübhə olmasın, “Elfsborq” oyunu müdafiədən quracaq, topa nəzarət “Qarabağ”da olacaq:

"“Köhlən atlar” qol imkanları yaradacaqlar. Bundan istifadə edilsə, qələbə şansı da yüksək olacaq. Xüsusən də “Qarabağ”ın vuracağı erkən qol oyunun taleyinə ciddi ölçüdə təsir edə bilər. Erkən qol vurulsa, qapalı oyuna üstünlük verəcəyi ehtimal olunan “Elfsborq” açılmağa başlayacaq. Belədə “Qarabağ” üçün boş zonalar yaranacaq. Texnikalı “Qarabağ”lılara da məhz bu lazımdır. Onlara geniş ərazi veriləndə, özlərini suda balıq kimi hiss edirlər. Ümid edək ki, “Qarabağ”ın əsas “xəstəliyi” artıq “müalicə” edilib. Edilibsə, İsveçdə qələbə olacaq".

Qeyd edək ki, oyun "CBC Sport" kanalında canlı yayımlanacaq.

Sevinc İBRAHİMZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri