Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Qurtuluşun rəmzləri: Müstəqillik tarixində mənəvi və siyasi oyanış

Qurtuluşun rəmzləri: Müstəqillik tarixində mənəvi və siyasi oyanış

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər bir xalqın tarixində elə dönüş anları vardır ki, həmin məqamlar təkcə siyasi hadisə kimi deyil, həm də milli yaddaşın formalaşmasında rəmzi məna daşıyır. Azərbaycanın yaxın tarixi baxımından 15 İyun – Milli Qurtuluş Günü belə bir hadisədir. Bu tarix yalnız bir şəxsiyyətin siyasi hakimiyyətə qayıdışı ilə deyil, bütöv bir xalqın parçalanma, vətəndaş müharibəsi və dövlətçiliyin itirilməsi təhlükəsi qarşısında ümid, iradə və həmrəylik rəmzləri ilə səfərbər olması ilə əlamətdardır.

Qurtuluşun rəmzləri yalnız zahiri simvollar kimi deyil, həm də ictimai şüurun, milli ideologiyanın və dövlətçilik fəlsəfəsinin daşıyıcısı kimi təhlil edilir.

1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi xalqın illərlə həsrətində olduğu azadlıq arzusunun gerçəkləşməsi idi. Lakin bu azadlıq ilk illərdə siyasi böhran, idarəolunmazlıq, silahlı toqquşmalar və separatizmlə müşayiət olundu. Ən acınacaqlı hal isə odur ki, xalqın içində dövlətə olan inam sarsılır, hərbi və siyasi xaos ölkənin dağılması riskini real edirdi.

1993-cü ilin iyununda Gəncədə baş vermiş hərbi üsyan və vətəndaş qarşıdurmasının pik nöqtəyə çatması ölkəni uçuruma aparırdı. Belə bir şəraitdə xalqın tək ümidi vardı – siyasi təcrübəsi, liderlik qabiliyyəti və xalqla bağları olan bir şəxsiyyət: Ümummilli lider Heydər Əliyev.

Onun iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin siyasi taleyində dönüş nöqtəsi baş verdi. Bu gün sonradan Milli Qurtuluş Günü kimi qeyd olunmağa başladı. Bu yalnız fakt deyil, həm də rəmzlər toplusunun başlanğıcı idi. Dahi lider Heydər Əliyev XX əsrin sonlarında Azərbaycan xalqı üçün yalnız siyasi lider deyil, həm də qurtuluşun ideoloji siması və rəmzi idi. O, vətəndaş müharibəsinin qarşısını aldı, ordu quruculuğuna başladı, siyasi idarəetməni stabilləşdirdi və xalqda gələcəyə inam yaratdı. Onun fəaliyyəti yalnız idarəçiliklə bitmədi – Ümummilli lider Heydər Əliyev həm də milli ideologiya yaratdı. Bu ideologiya üç əsas sütun üzərində quruldu: Dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, Milli-mənəvi dəyərlərin bərpası və yaşadılması, Hüquqi və sosial dövlət quruculuğu.

Beləliklə, liderlik təkcə inzibati səlahiyyət deyil, həm də mənəvi yolgöstərici rolunu aldı. Bu da Qurtuluşun birinci və ən fundamental rəmzidir. Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və himni 1993-cü ildən sonra yalnız formallıq deyil, həm də milli birliyin və suverenliyin rəmzləri olaraq ictimai həyatın mərkəzinə gətirildi. Ümummilli Liderin təşəbbüsü ilə dövlət qurumlarında bayraq ucaldıldı, himn tədbirlərdə səsləndirildi, milli atributlara hörmət ruhu aşılandı. Bu rəmzlər, xüsusilə gənc nəslin vətənpərvər ruhda tərbiyəsində əvəzsiz rol oynadı. Bayraq – azadlığın, gerb – dövlətin dayaqlarının, himn isə xalqın ruhunun ifadəsinə çevrildi.

Qurtuluş dövründə yaranan sabitlik Azərbaycan tarixində ilk dəfə olaraq planlı və məqsədyönlü dövlət idarəçiliyinə imkan yaratdı. 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi hüquqi dövlətin əsasını qoydu. Bu mərhələdə sabitlik sadəcə əmin-amanlıq deyil, quruculuq üçün şərait yaradan siyasi mühit demək idi. Hüquqi dövlətin qurulması, ordu və təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi Qurtuluş fəlsəfəsinin real nəticələri idi. Qurtuluş dövründə formalaşan milli həmrəylik və ictimai konsolidasiya, etnik və siyasi müxtəlifliyi olan cəmiyyətdə bir ideya ətrafında birləşməni mümkün etdi. Heydər Əliyev ideoloji parçalanmanın qarşısını aldı, xalqı ortaq dəyərlərə – tarixə, dilə, milli-mənəvi irsə bağladı. Bu birlik təkcə siyasi qurtuluşun deyil, həm də mənəvi və ideoloji bərpanın rəmzidir.Qurtuluş yalnız xilas və sabitlik mərhələsi deyil, həm də inkişafa doğru strateji yolun başlanğıcı oldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, enerji layihələrinin icrası və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişlənməsi Azərbaycanın dünya siyasətində tanınmasına səbəb oldu.

Əldə edilən hər bir uğur – iqtisadi artım, beynəlxalq layihələr, Qarabağla bağlı mövqe – Qurtuluş fəlsəfəsinin davamı idi. Bu mərhələ artıq rəmzlərin sistemə, sistemin isə inkişaf strategiyasına çevrilməsi demək idi. Bugünkü Azərbaycan – güclü dövlət, müasir ordu, qlobal layihələrin mərkəzi – məhz Qurtuluşun nəticəsidir. 2020-ci ildə Vətən Müharibəsində qazanılan tarixi Qələbə də Qurtuluş fəlsəfəsinin – güclü dövlət, birləşmiş xalq, strateji liderlik – real nəticəsi idi. Qurtuluşun rəmzləri bu gün də yaşayır: Prezident İlham Əliyevin siyasəti bu fəlsəfənin davamı kimi qəbul olunur; Zəfər yolu Qurtuluşun açdığı sabitlik və güvən mühitində formalaşıb; Xalqın lider ətrafında birliyi Qurtuluş ideyasının canlı təcəssümüdür.

Qurtuluşun rəmzləri – liderlik, milli birlik, hüquqi dövlət quruculuğu, milli atributlar və ideoloji sabitlik – Azərbaycanın müstəqillik tarixində həm tarixi, həm mənəvi, həm də siyasi məna daşıyan çoxqatlı simvollardır. 15 İyun – Milli Qurtuluş Günü yalnız xilas günü deyil, xalqın öz dövlətini qorumaq və gələcəyə daşımaq əzminin rəmzidir. Bu rəmzlərin qorunması və yeni nəslə ötürülməsi isə bu günümüzün və gələcəyimizin ən vacib vəzifələrindən biridir.

Nigar Abdullayeva

YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri