Quru sərhədlə bağlı mühüm GÖRÜŞ keçid sürətlənəcək
Icma.az, Modern.az saytına istinadən bildirir.
Azərbaycan və Rusiya sərhəd-keçid məntəqələrinin infrastruktur imkanlarının sinxronlaşdırılmasını müzakirə ediblər.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Müzakirələr Azərbaycan DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun və Rusiyanın Gömrük Xidmətinin rəhbəri Valeriy Pikalyovun rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilən görüşdə baş tutub.
Tərəflər, həmçinin müəyyən mövsümi dövrlərdə yüklərin keçidinin sürətləndirilməsi, yük nəqliyyat vasitələrinin keçidi zamanı yarana biləcək sıxlıqların aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində nümayəndə heyətləri Rusiya Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin "Yaraq-Qazmalar" və "Tahirkənd-Qazmalar" gömrük-keçid məntəqələrinin mövcud infrastrukturu, texniki təchizatı, buraxılış imkanları və cari fəaliyyəti ilə yerində tanış olublar.
Görüş zamanı əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub, perspektiv istiqamətləri müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 29 İyun 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















