Icma.az
close
up
RU
Dubayda məxfi görüş : Mirzoyana sərhədlə bağlı nə deyilib?

Dubayda məxfi görüş : Mirzoyana sərhədlə bağlı nə deyilib?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın “Past” qəzetinin xarici işlər naziri Ararat Mirzoyanla bağlı yaydığı məlumat müzakirələrə səbəb olub. Qəzet XİN başçısının məxfi şəkildə Dubaya getdiyi və orada Azərbaycan nümayəndəsi ilə qeyri-rəsmi danışıqlar apardığını iddia edib.

Nəşr məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, lakin verilən cavab vəziyyəti daha da gərginləşdirib. Belə ki, XİN əvvəlcə Mirzoyanın Dubayda olmasını təkzib etməyə çalışıb, bir müddət sonra isə təsdiqləyib.

Nazirlik mətbuata açıqlanan rəsmi məlumatda Mirzoyanın səfər çərçivəsində heç bir xarici ölkənin rəsmi nümayəndəsi ilə görüşmədiyini bəyan edib.

Sözügedən iddia nə dərəcədə həqiqətə uyğundur? Belə bir ehtimal görüşdə hansı məsələlər müzakirə edilmiş ola bilər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, son günlər sərhəddə gərginliyin artmasına diqqət çəkib:

“Ermənistan faktiki olaraq müharibəyə hazırlaşır. Sərhəd bölgəsində ardıcıl olaraq təxribatlar həyata keçirirlər. Bir tərəfdən də sülhə hazırlaşdıqlarına dair bəyanatlar verirlər. Təbii ki, bunlar baş aldatmaq üçün səsləndirilən fikirlərdir.

Hər iki ölkənin xarici işlər nazirləri BƏƏ-də səfərdədirlər. Erməni mediası da görüş olduğu barədə informasiya paylaşıb. Ola bilsin, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib. Rəsmi Bakı dəfələrlə İrəvana öz şərtlərini çatdırıb. Ancaq qarşı tərəf buna riayət etmək istəmir. Əgər İrəvan Bakıya qarşı səmimi olsaydı, ilk növbədə düzgün formada mina xəritələrini təqdim edərdi. Hələ də mina terroruna görə fəlakətlər yaşanır. Eyni zamanda paralel şəkildə Azərbaycana qarşı sərhəddə təxribatlar həyata keçirilir.


Zeynal Əmrəliyev

Başıpozuq erməni əsgərlərinin təxribatçı hərəkətləri ilə bağlı bir müddət əvvəl görüntülər də yaranmışdı. Baş nazir Nikol Paşinyan öz ordusuna nəzarət etməlidir. Bizə sözdə yox, əməldə sülh lazımdır. Ehtimal ki, nazirlərin görüşündə bu məsələ diqqətə çatdırılıb. Müharibə Ermənistanın özünə ziyan olacaq. Son 5 ildə baş verənlər göstərdi ki, nə olursa olsun, Ermənistanın Azərbaycan qarşısında dayanmaq gücü yoxdur”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri