Icma.az
close
up
RU
Quru sərhədlər açılacaqmı? Əsas şərt AÇIQLANDI

Quru sərhədlər açılacaqmı? Əsas şərt AÇIQLANDI

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quru sərhədlərin açılması məsələsi zaman-zaman gündəmə gəlir. Lakin regionda və dünyada müşahidə olunan geosiyasi gərginliklər, davam edən silahlı münaqişələr və təhlükəsizlik riskləri fonunda bu addımın məqsədəuyğunluğu sual doğurur.

Bir tərəfdən vətəndaşların gediş-gəlişi və iqtisadi fəallıq baxımından sərhədlərin açılması gözləntilər yaradır, digər tərəfdən isə təhlükəsizlik amili əsas narahatlıq doğuran məsələ kimi ön plana çıxır.

Bəs mövcud beynəlxalq vəziyyət fonunda Azərbaycan quru sərhədləri ilə bağlı hansı qərarları verə bilər və bu qərarlar hansı meyarlar əsasında formalaşır?

"Ölkə.az" xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, hazırda regionda və ümumilikdə dünyada geosiyasi vəziyyətin daha da gərginləşməsi müşahidə olunur:

"Xüsusilə İran–ABŞ və İsrail münasibətlərində artan gərginlik, eyni zamanda Rusiya–Ukrayna müharibəsinin davam etməsi qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Davos İqtisadi Forumu da 2026-cı ildə qlobal geosiyasi gərginliyin artacağını proqnozlaşdırmışdı və bu tendensiyanın dünya iqtisadiyyatına həm siyasi, həm də iqtisadi baxımdan mənfi təsirləri qaçılmazdır".

Deputat vurğulayıb ki, belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan bütün qərarlarını ölkənin milli təhlükəsizliyi və milli maraqları əsasında qəbul edir:

"İstənilən qərarın mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi dayanır və bu prinsip dəyişməz olaraq prioritet hesab olunur. Quru sərhədlərinin açılması məsələsi də məhz bu kontekstdə, yəni çoxşaxəli və hərtərəfli qiymətləndirmə tələb edən mövzu kimi nəzərdən keçirilir. Bu istiqamətdə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq təhlillər və qiymətləndirmələr aparılır. Hökumət geosiyasi vəziyyəti diqqətdə saxlayaraq, eyni zamanda Azərbaycanın milli təhlükəsizliyi və milli maraqlarını əsas götürür".

Vüqar Bayramov bildirib ki, aparılan bu qiymətləndirmələr və analizlər nəticəsində yaxın gələcəkdə atılacaq addımlar və qəbul ediləcək qərarlar daha aydın şəkildə müəyyənləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Fevral 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri