Icma.az
close
up
RU
Qurucu insanın şərəfli ömür yolu

Qurucu insanın şərəfli ömür yolu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İmran Mehdiyev – 90

“Güclü iradə, sağlam əqidə və xeyirxah əməllər sahibi olan polad insan”. Tanınmış ictimai-siyasi xadim və alim, qurucu memar-inşaatçı İmran Əzim oğlu Mehdiyevi yaxından tanıyanların onun şəxsiyyətini belə dəyərləndirirlər. Bu sözlər əməlləri ilə unudulmazlar sırasında yer almış soydaşımızın mənəvi portretidir.

Onun ömür yolu cəsarət, zəhmət və peşəkarlıq prinsipləri üzərində qurulmuşdur.

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinə və şəhərsalma ənənələrinə diqqəti bir daha artırır. Azərbaycan şəhərlərinin hər biri öz tarixi, mədəniyyəti və sənətkarlığı ilə fərqlənir. Özünəməxsus bir inkişaf mərhələsi keçdiyinə görə onların rəngarəng siması var. Bu şəhərlər arasında qədim İpək Yolu üzərində yerləşən, bu gün isə Zəngəzur dəhlizi ilə strateji əhəmiyyət qazanan Ordubad zəngin memarlığı ilə seçilir.

İmran Mehdiyev 1936-cı il yanvarında məhz belə tarixi-mədəni mühitdə, Ordubadın Anbaras məhəlləsində dünyaya göz açıb. O, böyük maarifçi Məmməd Tağı Sidqinin adını daşıyan 1 nömrəli Ordubad tam orta məktəbində təhsil alıb. Zəhmətkeş, dürüst və xeyirxah ailədə böyüməsi onun xarakterinin formalaşmasında mühüm rol oynayıb. Atasından prinsipiallıq və dəqiqlik, anasından sədaqət, mərhəmət və insanpərvərlik kimi keyfiyyətlər mənimsəyib. Bu xüsusiyyətlər onun elmi və dövlətçilik fəaliyyətinin əsas dayaqları olub. 

İstedadlı memar-inşaatçı kimi İmran müəllim 1962–1963 və 1968–1971-ci illərdə Nazirlər Sovetinin Tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent, 1971–1976-cı illərdə zavod direktoru olub. O, 1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979–1982-ci illərdə isə sədr vəzifəsində çalışıb. 1982-1983-cü illərdə Azərbaycan SSR Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini, 1983–1989-cu illərdə isə Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibi işləyib. 1991–1999-cu illərdə Sənaye tikinti materialları nazirinin birinci müavini, “Azərsənayetikinti” Dövlət Konserninin birinci vitse-prezidenti vəzifələrində çalışıb. 1998–2008-ci illərdə Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru olub. 

İmran Mehdiyev müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ideya və əməllərini gerçəkləşdirən fəal rəhbər kadr kimi tanınıb. O, ötən əsrin 80-ci illərinin sonlarında Moskvada doktorluq araşdırması apardığı zaman Kremldə çalışan ulu öndər Heydər Əliyevlə tez-tez görüşüb, onunla baş verən hadisələri və Azərbaycanda gedən prosesləri müzakirə edib.

Azərbaycanın müstəqilliyinin ilk illərində milli dövlət quruculuğuna qoşulan İmran Mehdiyev Yeni Azərbaycan Partiyasının yaranması, formalaşması və möhkəmlənməsində fəal iştirak edib, çətin vaxtlarda mövqeyi, sədaqəti və prinsipiallığı ilə örnək olub. O, partiyanın Ordubad rayon təşkilatının yaradılmasında birbaşa iştirak edən təşəbbüskar ziyalılardan biri kimi yadda qalıb. 

Azərbaycan Respublikasının milli qurtuluşu, ictimai-siyasi sabitliyi ilə bağlı İmran Mehdiyevin xidmətlərini ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirib. Ulu öndər təcrübəsini, bilik və bacarığının nəzərə alaraq müstəqillik illərində onu Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edib. 2003-cü ildə isə Prezident İlham Əliyevin yeni formalaşdırdığı Nazirlər Kabinetində o həmin vəzifəyə təyin edilib. 2008-ci ildə dövlət başçısı qüsursuz xidmətlərə görə ona şəxsən təşəkkürünü bildirib və uzunmüddətli, səmərəli fəaliyyətini yüksək qiymətləndirib.

Azərbaycanın tanınmış rəhbər kadrı olmaqla yanaşı, İmran Mehdiyev elmi-pedaqoji fəaliyyətlə də məşğul olub. 3 monoqrafiya, 3 dərslik və 90-dan artıq elmi məqalənin müəllifi olan alim Azərbaycan Memarlıq və İnşaat Universitetində iqtisad elmləri doktoru, professor kimi gənc kadrlar yetişdirib. Almaniyanın universitetlərində etdiyi məruzələr və verdiyi mühazirələr onun beynəlxalq nüfuzundan xəbər verir. 

İmran Mehdiyev bir sıra yüksək mükafatlara layiq görülüb, “Qırmızı Əmək Bayrağı”, 2 dəfə “Şərəf nişanı” ordenləri və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib. O, Beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının, Azərbaycan Memarlar İttifaqının üzvü seçilib

İmran müəllim Vətəninə, elinə, obasına bağlı bir ziyalı kimi seçilib və sevilib. O, 1991-ci ildə Ordubad ictimaiyyətinin birliyini ifadə edən “Tusi” Xeyriyyə Cəmiyyətinin yaradılmasına da dəstək göstərib. İmran Mehdiyev ailə dəyərlərinə də sadiq qalaraq övladlarını vətəndaşlıq məsuliyyəti ilə yanaşı, Vətənə dərin bağlılıq və yüksək əxlaqi prinsiplərlə tərbiyə edib. 

10 mart 2023-cü ildə Bakıda vəfat edən İmran Mehdiyevin ömür yolu çağdaş nəsillər üçün örnəkdir. Onun əziz xatirəsi tanıyanların qəlbində daim yaşayacaq.

Yəhya BABANLI,
“Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin sədri, fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:503
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri