Icma.az
close
up
RU
Şəhid kapitanın şərəfli ömür yolu

Şəhid kapitanın şərəfli ömür yolu

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Vətən müharibəsindən keçən beş il bu sonsuz zamanda, bu əngin fəzada qısa bir müddət kimi görünsə də, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi üçün çox önəmli, unudulmaz və hər gün keçdikcə təsirlərini daha qüvvətli şəkildə hiss etdiyimiz zaman oldu. Bu müddətdə biz təkcə işğal altında olan torpaqlarımıza qovuşmadıq, həm də öz kimliyimizi, mənliyimizi və əsl niyyətimizi bütün dünyaya sübut etdik. Bu dönəmdə biz həm qolumuzun gücünü, həm sözümüzün kəsərini, həm də ruhumuzun saflığını bəşəriyyətə göstərdik. Dünya gördü ki, Azərbaycan xalqı vaxtı, məqamı yetişəndə öz haqqını qolunun gücünə müdafiə edə bilir. Öz niyyətini açıq-aşkar ifadə edir. Həm də insan həyatına necə böyük dəyər verir.

Bu dövrün qəhrəmanları isə heç şübhəsiz, şəhidlərimiz, rəşadətli ordumuz oldu. Onlar hər üç xüsusiyyətimizin daşıyıcısı kimi insanlıq örnəyinə çevrildilər. Xalqımızın uzun illərdir söylədiyi "Ali Baş Komandan əmr versə, döyüşə atılmağa hazırıq" - sözünə sadiq qaldılar, cəbhədə düşmənlə üz-üzə mərd-mərdanə savaşdılar, amma sıravi vətəndaşlara güllə atmayacaq qədər də ruhlarının saflığını qorudular.

Əbədiyaşar şəhidlərimizdən biri də Surxay Noçuyevdir. O, ömrü məsuliyyətlə, sədaqətlə, Vətənə sevgisi ilə ölçülən qəhrəmanlarımızdan biridir.

Surxay Əbdül oğlu Noçuyev 19 dekabr 1988-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində doğulub. Taleyi elə ilk gündən onu Vətən anlayışı ilə üz-üzə qoymuşdu. İşğal ağrısını uşaqlıqda hiss edən bu torpaq övladı böyüdükcə silaha yox, məsuliyyətə sarıldı. Onun həyat seçimi təsadüf deyildi, bu, şüurlu bir yol idi.

1995-2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada təhsil alan Surxay 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ilkin hərb təhsilini aldı. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) aldığı təhsil isə bu yolu peşəkar zabitlik mərtəbəsinə yüksəltdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu da uğurla başa vuran gənc hərbçi 2010-cu ildə Müdafiə nazirinin müvafiq əmri ilə ona "leytenant" hərbi rütbəsinə layiq görüldü.

Surxay Noçuyev xidmət etdiyi illər ərzində bir çox məsul vəzifələri icra etdi. Tağım komandiri oldu, bölük idarə etdi, qərargah rəisi kimi planladı, cəmi 29 yaşında tabor komandiri kimi yüzlərlə əsgərin məsuliyyətini öz çiyinlərinə götürdü. Amma onu fərqləndirən vəzifəsinin adı yox, o vəzifəyə münasibəti idi. O, arxada dayanıb əsgərləri idarə edən komandirlərdən deyildi. Onun yeri hər kəsdən öncə ön xətt idi. O, həm Vətənini, həm də əsgərlərini öz sinəsi ilə qoruyurdu.

2016-cı ilin Aprel döyüşləri çox hərbçilərimiz kimi, Surxay Noçuyevin də döyüş yolunun ilk böyük sınağı oldu. O günlərdə göstərdiyi qətiyyət, soyuqqanlılıq və cəsarət onun gələcək döyüş yolunun, peşəkar hərbçi taleyinin xəbərçisi idi.

Elə bu peşəkarlıq, bu şücaətin nəticəsi idi ki, o, "Kapitan" hərbi rütbəsinə qədər ucalmışdı.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Surxay Noçuyev artıq təkcə peşəkar hərbçi yox, müharibəyə hazır bir ruh idi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və nəhayət Şuşa... Bu adlar onun həyatının son, amma ən şərəfli səhifələrinə çevrildi. Komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək azadlığa gedən yolun daşlarını qanı ilə yazdı qəhrəman kapitan...

9 noyabr 2020-ci il. Şuşa. Müharibənin son günü. Qələbəyə cəmi bir addım qalmışdı. Kapitan Surxay Noçuyev həmin gün xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucaldı. O, Şuşanı azad görənlərdən biri oldu, amma zəfər sevincini yaşamağa zalım düşmən gülləsi imkan vermədi. Nə vaxtsa belə bir fikir oxumuşdum ki, bəzən tarix ən ağır qurbanlarını ən müqəddəs anlarda alır. Surxay Noçuyev də həmin müqəddəs anın qurbanlarından biri oldu.

İgid şəhidimiz 2020-ci ilin 12 noyabr tarixində II Fəxri xiyabanda uğrunda canından keçdiyi torpağın qoynunda əbədi ünvanına köçdü.

S.Noçuyevin şəhidliyi təkcə cəbhədə yox, evində də zamanın axarını dəyişdi. O, cəbhəyə yollandığı gün körpə qızı Fidan dünyaya gəlmişdi. Qəhrəman ata üzünü belə görə bilmədiyi balasına təkcə ad yox, bir ömürlük qürur miras qoydu. Beş yaşlı oğlu Uğur isə atasının şərəfli yolunun ən böyük əmanətçisidir.

Şəhidlərimiz bu Vətən üçün canlarından keçərək gələcək nəsillər üçün ən böyük örnək, ən böyük qürur mənbəyidirlər. Şəhid Surxayın şərəfli ömür yolu da həm xatirələrdə, həm də dövlətimiz tərəfindən layiq görüldüyü medallarda yaşayır. Sağlığında nümunəvi xidmətlərinə görə, müxtəlif zamanlarda III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif olunan S.Noçuyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

2021-ci ildə müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə Vətən müharibəsi Surxay Noşuyevin adı verildi. Bu gün onun adı məktəbdə yaşayır, xatirəsi könüllərdə uyuyur. Surxay Noçuyev kimi oğullar sübut etdilər ki, "Vətənim demək azdır, Vətənin olmaq gərək".

19 dekabr Vətənin olmağı seçən Surxay Noçuyevin doğulduğu gündür. Yaşasaydı, oğul balası Uğurla, körpə qızı Fidanla, ailəsi, sevdikləri ilə birgə 37-ci yaşını qeyd edəcəkdi. Amma o, 32 yaşında özündən sonra azad torpaq, başı dik xalq və qürurla daşınan bir ad qoyaraq əbədi həyatı seçdi.

Doğulduğun gün mübarək, kapitan! Ruhun şad olsun, bu yurdun Vətən yaddaşı!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:359
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri