Icma.az
close
up
RU
Qürurumuzun, zəfərimizin və birliyimizin təntənəsi

Qürurumuzun, zəfərimizin və birliyimizin təntənəsi

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

8 Noyabr Şuşa şəhəri günü Azərbaycan tarixində əbədi olaraq qızıl hərflərlə yazılmış bir gündür. Bu tarix xalqımızın 30 illik həsrətinə son qoyan, torpaqlarımızın azadlığı və milli qürurumuzun bərpası ilə nəticələnən Böyük Zəfər Günü kimi yaddaşlara həkk olunub.

2020-ci ilin noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək, düşməni torpaqlarımızdan qovdu. 8 noyabr 2020-ci il isə bu qəhrəmanlıq dastanının zirvəsinə çevrildi Şuşa azad olundu. Şuşanın azadlığı ilə Vətən müharibəsi faktiki olaraq başa çatdı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, xalqımızın illərlə arzuladığı qələbə gerçəyə çevrildi. Bu Zəfər, dövlətimizin siyasi iradəsi, ordumuzun gücü və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. Prezident İlham Əliyevin sözləri ilə desək: “Şuşasız bizim işimiz yarımçıq olardı. Şuşanın azadlığı həm döyüş meydanında, həm də mənəvi sahədə qələbəmizin rəmzidir.”

Azərbaycan xalqı üçün Şuşa təkcə bir şəhər deyil bu torpaq milli kimliyimizin, mədəniyyətimizin və ruhumuzun beşiyidir. Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilər burada yetişib, Şuşa muğamın, poeziyanın, incəsənətin mərkəzinə çevrilib. Bu gün isə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri nəticəsində Şuşa öz tarixi görkəmini bərpa edir. Tarixi məscidlər, qala divarları, Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın evi və digər mədəni irs nümunələri bərpa olunur, şəhər yeni həyat qazanır.

2022-ci ilin “Şuşa İli” elan edilməsi, Vaqif Poeziya Günləri, Xarıbülbül Musiqi Festivalı, “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” kimi beynəlxalq tədbirlər şəhərin mədəni dirçəlişinin parlaq göstəricisidir. Bu tədbirlər təkcə mədəniyyətin deyil, həm də milli birliyin, vətən sevgisinin təntənəsidir.

Şuşanın azad olunması yalnız torpağın deyil, həm də xalq ruhunun azadlığıdır. Bu qələbə gənc nəslə vətənpərvərlik dərsidir, Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ açıb. Bu gün Şuşada dalğalanan üçrəngli bayraq hər bir azərbaycanlı üçün qürur, inam və yenilməzlik simvoludur.

Azərbaycan dövləti Şuşanı Cənubi Qafqazın ən mühüm mədəni və turizm mərkəzinə çevirmək üçün ardıcıl addımlar atır. Yeni yollar, hava limanı, yaşayış binaları, məktəblər, muzeylər və mədəniyyət mərkəzləri şəhərin gələcəyinə xidmət edir. Şuşa təkcə keçmişin deyil, həm də gələcəyin şəhəridir müasir Azərbaycanın gücünü, dirçəlişini və milli birliyini təcəssüm etdirir.

8 Noyabr Şuşa şəhəri günü, Azərbaycan xalqının iradəsinin, dövlətimizin qüdrətinin və ordumuzun qəhrəmanlığının təntənəsidir. Bu gün biz yalnız Şuşanın azadlığını deyil, həm də xalqımızın milli dirçəlişini qeyd edirik. Hər yeni layihə, hər bərpa olunan bina, hər yenidən qurulan küçə bir xalqın əzmini, iradəsini və dövlətin gələcəyə inamını əks etdirir.

Rövşən ƏHMƏDOV

YAP Ağcabədi rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Noyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri