Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Zəfərimizin və qürurumuzun simvolu

Zəfərimizin və qürurumuzun simvolu

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

İlham Əliyev

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 8 Noyabr tarixi – Zəfər Günü kimi – eyni zamanda Şuşa şəhərinin azad olunduğu və milli qürurumuzun bərpa olunduğu gündür. 2023-cü ildə Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamla 8 noyabr “Şuşa Şəhəri Günü” kimi də qeyd olunmağa başlanmışdır. Bu qərar təkcə tarixi qələbənin rəmzi deyil, həm də Azərbaycan xalqının mədəni kimliyinin, mənəvi dirçəlişinin və dövlət müstəqilliyinin təntənəsidir.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” – bu sözlər Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin 8 noyabr 2020-ci ildə söylədiyi və hər bir azərbaycanlının qəlbində qürur hissi oyadan tarixi bəyanat kimi yadda qalıb. Şuşanın azad edilməsi ilə Azərbaycanın suverenliyi tam bərpa olunmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda 30 il davam edən mübarizə öz müdrik və ədalətli sonluğunu tapmışdır.

Qarabağ Zəfərinin ən uca nöqtəsi 2020-ci il noyabrın 8-də baş vermiş Şuşa əməliyyatı oldu. Azərbaycanın qəhrəman əsgərləri və zabitləri sıldırım qayalardan, meşələrdən keçərək Şuşa şəhərinə daxil oldu və onu düşməndən azad etdilər. Bu əməliyyat həm hərbi strategiyanın, həm də xalqın birliyinin təntənəsi idi.

Prezident cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Şuşasız bizim işimiz yarımçıq qalardı”. Bu, yalnız strateji hədəf deyil, həm də mənəvi borc idi – Ulu öndər Heydər Əliyevin arzusu və vəsiyyəti idi. Prezident cənab İlham Əliyev atasının başladığı işi uğurla başa çatdıraraq Azərbaycan tarixində əbədi olaraq Müzəffər Ali Baş Komandan kimi öz yerini aldı. Şuşanın azadlığı ilə ədalət bərqərar oldu, Azərbaycanın əzəli torpaqları üzərində dövlət suverenliyi tam təmin edildi. Bu zəfərin nəticəsində Ermənistanın işğalçı siyasətinə son qoyuldu və beynəlxalq hüququn prinsipləri bərpa edildi.

İşğaldan azad edildiyi gündən etibarən Şuşada bərpa-quruculuq işləri misilsiz miqyasda həyata keçirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə şəhərin infrastrukturunun yenidən qurulması, tarixi abidələrin bərpası və müasir sosial obyektlərin tikintisi böyük vüsət alıb. Bu illər ərzində Şuşada yollar, körpülər, məktəblər, xəstəxanalar, mehmanxanalar, mədəniyyət və turizm obyektləri inşa olunmuşdur. Xüsusilə, “Zəfər Yolu” – igid əsgərlərimizin Şuşaya çatdığı tarixi cığırın yerində salınmış avtomobil yolu – həm zəfərin, həm də bərpa prosesinin simvoluna çevrilmişdir.

Prezidentin 2024-cü il oktyabrın 21-də təsdiqlədiyi “Şuşa şəhərinin 2040-cı ilədək Baş planı” şəhərin gələcək inkişafını sistemli şəkildə təmin edəcək sənəddir. Bu plan tarixi simanın qorunması ilə müasir şəhərsalma prinsiplərinin və ekoloji balansın vəhdətini əks etdirir. Şuşa şəhəri əsrlər boyu Azərbaycanın mədəniyyət beşiyi kimi tanınıb. Burada Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilər yetişmiş, Şərqin musiqi və ədəbiyyat tarixində unikal iz buraxmışlar. 2021-ci ildə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, elə həmin ilin mayında qəbul edilən qanunla bu status hüquqi təsbitini tapmışdır. Bu mühüm qərar Şuşanın həm milli, həm də beynəlxalq miqyasda tanıdılmasına böyük təkan verdi. Ardınca 2022-ci ildə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. 2026-cı ildə isə şəhər İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı olacaq. Bu titullar Şuşanın artıq regional deyil, qlobal mədəniyyət mərkəzinə çevrildiyini təsdiqləyir.

Şuşa həm də Azərbaycanın diplomatik və siyasi həmrəyliyinin rəmzidir. 2021-ci il iyunun 15-də burada Azərbaycan və Türkiyə prezidentləri arasında “Şuşa Bəyannaməsi” imzalanmışdır. Bu sənəd iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəltmiş, regionda sülh və sabitliyin əsas təminatına çevrilmişdir. Sonrakı illərdə Şuşa beynəlxalq tədbirlərin, konfransların və zirvə görüşlərinin mərkəzinə çevrildi. Burada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü, İSESCO-nun, TÜRKSOY-un və digər nüfuzlu qurumların tədbirləri keçirildi. Şuşa artıq diplomatik dialoqun və mədəniyyətin qovuşduğu bir məkandır.

Şuşanın azad edilməsindən sonra şəhərin bərpası istiqamətində aparılan işlər həm dövlət, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə geniş vüsət almışdır. Molla Pənah Vaqifin muzey-məqbərəsi, Natəvanın sarayı, Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı və Mamayı məscidləri, Mehmandarovların malikanəsi kimi abidələr bərpa edilərək əvvəlki əzəmətinə qovuşdurulmuşdur.

Hər bir açılış mərasimində Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsən iştirak etmiş, bu işlərin həm dövlət, həm də milli mənəviyyat baxımından əhəmiyyətini vurğulamışdır.

Bu gün Şuşada keçirilən “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri, Qlobal Media Forumu kimi tədbirlər şəhərin mədəni dirçəlişinin real göstəricisidir.

Şuşa bu gün Azərbaycanın yeni inkişaf fəlsəfəsinin təcəssümüdür. Şəhər artıq təkcə Qarabağın deyil, bütün türk və islam dünyasının mənəvi paytaxtına çevrilib. Burada həyata keçirilən layihələr dövlətimizin gücünü, xalqın iradəsini və birliyini nümayiş etdirir.

Prezident cənab İlham Əliyevin sözləri ilə desək: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq!”

8 Noyabr – Şuşa Şəhəri Günü yalnız bir tarix deyil, həm də Azərbaycan xalqının milli kimliyinin, döyüş əzminin, mədəni irsinin və yenilməz ruhunun simvoludur.

Şuşa həm tarixin yaddaşı, həm də gələcəyin bələdçisidir. Burada atılan hər addım, salınan hər bina, ucaldılan hər abidə Azərbaycan xalqının azadlıq, suverenlik və müstəqillik ideallarının canlı təzahürüdür.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşa bu gün Azərbaycanın qürur qalası, türk birliyinin simvolu və mədəniyyətin parlayan incisi kimi yenidən doğulur.

Mehdi Mehdiyev,

"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri