Icma.az
close
up
RU
Zəfərimizin və qürurumuzun dörd ili

Zəfərimizin və qürurumuzun dörd ili

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qalib və qürurlu xalqıq!

Şanlı qələbəmizin dördüncü il dönümünü  böyük qürurla, sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edirik. 

Dörd il bundan əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi  rəşadətli Azərbaycan Ordusu  44 gün ərzində torpaqlarımızı işğaldan qurtardı,  "döyükən erməni hərbiçisi" mifini fərari erməni hərbiçisi reallığı ilə dəyişdirdi, işğalçı  Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu  bu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!

Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi böyüdü, qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.

Haqqın təntənəsi, ədalətin zəfəri olan bu tarixi qələbə  həm də, bəşəriyyəti "əzabkeş erməni xalqı" maskası arxasında gizlənmiş erməni faşizmindən xilas etdi.

Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi. 

Bu qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü. 

Bu qələbə nəticəsində  beynəlxalq nüfuzumuz daha da yüksəldi, şöhrətimiz, hörmətimiz artdı.

Bu qələbə işğalçı Ermənistana və onun havadarlarına dərs verməklə yanaşı,  dünya hərb sənətinə yeni tövhələr verdi. Şuşanın işğaldan azad edilməsi isə müharibələr tarixində nadir uğurlu əməliyyat kimi hərb dərsliklərinə yazıldı.

Bu qələbənin davamı və məntiqi nəticəsi olaraq  2022- ci ilin 12- 13 sentyabrında qəhrəman Milli Ordumuz  düşmən nəzarətində olan bütün yüksəklikləri fəth edrək sərhədlərimizi bərpa etdi, 2023- cü il sentyabrın 19- da isə 23 saatlıq antiterror əməliyyatı nəticəsində milli suverenliyimizi təmin etdi.
44 günlük Vətən müharibəsi və postmüharibə dövrü bizə bir daha dostlarımızı da, bədxahlarımızı da tanıtdı. 

Postmüharibə dövründə şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi təmin olunmuş,  Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əhəmiyyətli işlər görülmüşdür. 

Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə 4  ildə  dövlət büdcəsindən 20 milyard manata yaxın vəsait  ayrılmışdır. İşğaldan azad olunmuş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, tikilir,  məcburi köçkün soydaşlarımız uzun illər həsrət qaldıqları  ata-baba yurdlarına dönürlər. Bu ilin sonuna 25 min soydaşımız  Qarabağa və Şərqi Zəngəzura qayıdıb məskunlaşacaqdır.

Bu qələbə, bu əzəmət, bu qürur, qayıdış sevinci üçün  qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq.

Bədxahlarımızın, xüsusi ilə, Fransanın  terrorçu Ermənistana patoloji tərəfkeşliyinə rəğmən , biz məğlub  Ermənistanı sülh müqaviləsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik. 

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun planlaşdırdığı, lakin həyata keçirməyə imkan tapa bilmədiyi bütün işləri , xüsusən, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması problemini oğlu və siyasi varisi prezident İlham Əliyev böyük uğurla həyata keçirmişdir və bu siyasət davam etməkdədir. 

Cənab İlham Əliyev tarixi qələbə əldə etməklə həm də regionun reallığını və taleyini dəyişdi, yeni çağırışlara imza atdı. 

Bu çağırış işlqlı sabahların, tərəqqinin,  rifahın təntənəsi, güdrətli dövləti olan xoşbəxt və qürurlu xalqın səsidir!

Bu gün Azərbaycan bölgənin titul dövləti və söz sahibidir. 

Azərbaycanın Prezidenti təkcə bölgə ilə bağlı deyil, dünyanın siyasət müstəvisində müxtəlif platformalarda qarşıya real məqsədlər qoyur və həll edir. 

Bu gün Cənubi Qafqazda zaman Azərbaycan saatı ilə işləyir. Mən qəti əminəm ki, cənab Prezident İlham Əliyevin səyləri ilə bölgədə ədalətli və əbədi sülh bərqərar olacaq, əməkdaşlıq və tərəqqi başlayacaqdır.

Bütün kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi də işə düşəcək və biz Zəngəzurdan keçərək tarixi mədəniyyət və dövlətçilik paytaxtımız olan gözəl İrəvan şəhərimizə və digər yurdlarımıza  gedəcəyik.

Bayramımız mübarək olsun! 

Zəfərimiz mübarək və davamlı olsun!

Musa Urud,

Millət vəkili

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri