Icma.az
close
up
RU
“Qusar futbolu dağılmasın deyə bu qərarı verdim” Rahid Əmirquliyev

“Qusar futbolu dağılmasın deyə bu qərarı verdim” Rahid Əmirquliyev

Icma.az bildirir, Qol.az portalına istinadən.

Yeni mövsümdən Azərbaycan 1-ci liqasında çıxış edəcək "Şahdağ Qusar"ın prezidenti seçilən Rahid Əmirquliyev bununla bağlı təəssüratlarını bölüşüb.

O, QOL.az-a açıqlamasında deyib ki, doğma klubunun çətin vəziyyətdə olmasına görə bu addımı atıb:

“Son vaxtlar klubda vəziyyət ürəkaçan deyildi. Maliyyə problemləri oldu. Sponsor maliyyə dəstəyini dayandırdı və vəziyyət çəyinləşdi. Demək olar ki, bütün futbolçular komandadan getdilər, çətin vəziyyətə düşdük. Ona görə də qərar verdim ki, komandanı özüm götürüm, Qusar futbolu dağılmasın, yaşasın. Demək olar ki, artıq komandanı yığmışıq. Kollektiv gənc oyunçulardan ibarət olacaq. Nə qədər çətin olsa da, artıq bu yükün altına girmişik. Bu məsələlərdə biz tək deyilik. Futbolun İnkişafı Fonduna təşəkkür etmək istəyirəm. Bizə bəzi məsələlərdə lazım olan dəstəyi göstərirlər. Qısa desəm, “Şahdağ Qusar” dağılmasın deyə bu qərarı verdim. İnşallah 1-ci liqada çıxış edəcəyik. Əsas odur ki, komanda dağılmadı”.

Komandanın həm də kapitanı olan 35 yaşlı yarımmüdafiəçi meydanda da əlindən gələni edəcəyini bildirib: “Bəlkə də, kiməsə qəribə gələ bilər, amma klubun rəhbəri həm də meydanda olacaq. Mən əvvəlcədən qərar vermişdim ki, oynamağa davam edəcəm. İndi də o fikirdəyəm. Şükürlər olsun ki, formam yerindədir. Rəhbər olsam da, çıxıb meydanda da vuruşacam”.

Rahid Əmiquluiyev hələlik yalnız AFFA-nın dəstəyi ilə maliyyələşən “Şahdağ Qusar”a özü də maddi yardım edir: “Komanda demək olar ki, komplektləşib. Düzdür, maliyyə sarıdan porblemlər var. AFFA-nın ayırdığı büdcə ilə komanda yığmışıq. Düzdür, qıraqdan yardım edənlər də var, sağolsunlar. Daimi sponsorumuz yoxdur. Özümüz də əlimizdən gələni edirik. Gənclərdən ibarət olsa da, yaxşı futbolçular da var. Pis komanda yığmamışıq. Hədəfimiz hələ ki, 1-ci liqada qalmaq olacaq. Ancaq komandamız yarışda istənilən rəqibə müqavimət göstərəcək. Daha sonra çalışacağıq ki, kluba yeni sponsorlar cəlb edək və Qusar futbolu yaşasın, inkişaf etsin”.  

R.Əmiquliyev komandanın ev oyunlarını hələlik harada keçirəcəyinin dəqiqləşmədiyini də qeyd edib. O bildirib ki, Qusardakı stadionun gələn il hazır olacağı gözlənilir:“Ev oyunları məsələsi hələ ki, açıq qalıb. Qusardakı stadion hələ ki, təmirdədir. Ümid edirik ki, tez hazır olar və ev oyunlarımızı öz meydanımızda oynayarıq. Bildiyimə görə, gələn il hazır olmalıdır. Ev oyunlarımız ya Bakıda, ya da başqa bir rayonda olacaq. Buna yaxın günlərdə aydınlıq gələcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri