Qusarda 23 kilometr uzunluğa malik avtomobil yolu yenidən qurulub VİDEO AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Qusar rayonunda 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 23 kilometr olan avtomobil yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, yolların eni 10 metrə qədər genişləndirilib.
Məlumata əsasən, 10 kilometr hissəsi yararsız asfalt, 13 kilometr hissəsi isə torpaq əsasdan ibarət olan yollarda torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunub. Texnoloji ardıcıllığa uyğun yol əsasının tikintisi aparılıb, yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 17 Dekabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















