Icma.az
close
up
RU
Qusarda “Oxu bayramı” keçirilib

Qusarda “Oxu bayramı” keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qusar, 12 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusarda keçirilən “Oxu bayramı”nda 124 adda müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbirdə “Əbədiyaşar Lider”, “Bir ömürün salnaməsi”, “Qələbəyə aparan lider İlham Əliyev”, “Mirzə Qədim İrəvani-200”, “Seyid Əzim Şirvani-190”, “ Üzeyir Hacıbəyli-140”, “Maqsud İbrahimbəyov-90”, “2025-ci il Konstitusiya və Suverenlik ilidir. Müstəqilliyimiz əbədidir”, “Azərbaycan Yurdum mənim”, “Yeni kitablar”, “Qədim yurd yerimiz - Qərbi Azərbaycan” və başqa mövzularda stendlər nümayiş olunub.

Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Nəriman Nərimanov adına Mərkəzi istirahət parkında keçirilən “Oxu bayramı”na mindən çox yerli sakin və tursitlər qatılıb.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi – Qusar rayonu üzrə nümayəndə Elvira Hacıbalayeva və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz rolundan, onun milli-mənəvi dəyərlərin qorunması və gənclərin intellektual inkişafına verdiyi töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndər hər zaman elmə, biliyə və kitaba yüksək qiymət verib, cəmiyyətin tərəqqisini savadlı və maarifli insan kapitalının formalaşdırılmasında görüb.

Çıxışlar zamanı oxu mədəniyyətinin formalaşdırılması, gənclərdə analitik təfəkkürün, tədqiqat marağının, bədii zövqün inkişaf etdirilməsi istiqamətində kitabxanaların və mədəniyyət ocaqlarının rolu da xüsusi vurğulanıb. Bildirilib ki, "Oxu bayramı" kimi layihələr bu baxımdan mühüm platformadır və gələcəkdə bu tədbirlərin daha geniş miqyasda təşkili vacibdir.

“Oxu bayramı”nda fəal oxucular diplomlarla təltif olunub, yerli sənətçilərin ifasında musiqi nömrələri səsləndirilib, rəqs kollektivləri tərəfindən milli rəqs nümunələri təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri