Icma.az
close
up
RU
Qusarda 2 festival keçirilib

Qusarda 2 festival keçirilib

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, festivalın əsas məqsədi meyvəçilik sahəsində müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqinin təşviq edilməsi, intensiv bağçılığın inkişaf perspektivlərinin nümayiş etdirilməsi, fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, qabaqcıl təcrübələrin bölüşdürülməsi və aqrar sahədə fəaliyyət göstərən subyektlər arasında əməkdaşlığın genişləndirilməsidir.

Qusar Rayon Mərkəzi Meydanında keçirilən tədbirdə intensiv meyvə bağlarının salınması və becərilməsi ilə məşğul olan təsərrüfat subyektləri, meyvəçilik təsərrüfatları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, fermerlər və sahibkarlar iştirak ediblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun aqrar potensialı, xüsusilə meyvəçilik sahəsində mövcud imkanlar barədə məlumat verib. Qeyd olunub ki, Qusar rayonu əlverişli təbii-iqlim şəraiti, torpaq ehtiyatları və formalaşmış kənd təsərrüfatı ənənələri ilə meyvəçiliyin, o cümlədən intensiv bağçılığın inkişafı üçün geniş imkanlara malikdir.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının əsas hədəflərinə toxunub. Meyvəçilik sahəsinin aqrar sektorun mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bu sahədə intensiv istehsalın genişləndirilməsinin, müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb. 

Qeyd olunub ki, Dövlət Proqramında meyvəçilik təsərrüfatlarının inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və sahənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın aqrar sahədə bilik və təcrübə mübadiləsi, müasir texnologiyaların və innovativ yanaşmaların nümayişi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu cür tədbirlər fermerlər, sahibkarlar və aqrar sahədə fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə və yeni biznes əlaqələrinin qurulmasına imkan yaradır.

Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 70-dən artıq meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib. Təmsil olunan təsərrüfatların meyvə bağlarının ümumi sahəsi 10 min hektara yaxın olub.
Hazırda ölkə üzrə meyvəçilik təsərrüfatlarının ümumi sahəsi 50 min hektar təşkil edir. 

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramına əsasən, bu göstəricinin 2030-cu ilədək 70 min hektara çatdırılması hədəflənir.

Tədbir çərçivəsində Dövlət Proqramının əsas hədəf və istiqamətlərini əks etdirən məlumatlandırıcı posterlər də nümayiş etdirilib. Poster və məlumat lövhələrində aqrar sahədə məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılması, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, müasir suvarma sistemlərindən istifadənin təşviqi, meyvəçilik və digər prioritet istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər barədə məlumatlar təqdim olunub.

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi də keçirilib. Paneldə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Aqrar Sığorta Fondunun və “Unibank” MMC-nin nümayəndələri iştirak ediblər. 

Müzakirə zamanı fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən, maliyyə resurslarından və aqrar sığorta xidmətlərindən yararlanma imkanları barədə məlumat verilib.

Festival aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, regionlarda aqrar biznes mühitinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqinin təşviqi və intensiv meyvəçilik sahəsində qabaqcıl təcrübələrin yayılması baxımından əhəmiyyətli platforma olub.

Qeyd edək ki, I İntensiv Meyvə Bağları Festivalı aqrar sahədə fəaliyyət göstərən “İSFA”, “METAK”, “İsmikhanlı”, “Fresh Garden” və “El-Fruits” şirkətlərinin dəstəyi ilə keçirilib.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Avqust 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri