Icma.az
close
up
RU
Qusarda panel müzakirələr keçirilib

Qusarda panel müzakirələr keçirilib

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. 

Tədbirdə dövlət qurumlarının, özəl maliyyə təşkilatlarının nümayəndələri yerli fermer və sahibkarlarla kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda geniş fikir mübadiləsi aparıblar.

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, ötən il 14 rayonda, bu il isə 3 rayonda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirələr baş tutub. O, Qusarda keçirilən panel müzakirələrin sayca 4-cü tədbir olduğunu xatırladıb. 

Keçirilən panel müzakirələri aqrar sahə ilə birbaşa və bilavasitə əlaqəli olan dövlət qurumlarını, maliyyə təşkilatlarını, fermer və sahibkarları bir araya gətirən format kimi dəyərləndirən Anar Cəfərovun sözlərinə görə, bu format bölgələrdə fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, təmsil etdiyi qurum bölgələrdə fermerləri dövlət qurumlarının nümayəndələri ilə bir araya gətirən bu kimi tədbirlərdə aktiv iştirak edir. 

Aqrar İnnovasiya Mərkəzi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sahədə birgə fəaliyyətin genişləndirilməsi, sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılması məqsədilə əməkdalığı genişləndirdiyini deyən ASK rəsmisinin sözlərinə görə, regionlarda keçirilən panel müzakirələrə təkcə fermerlərin deyil, həm də yerli sahibkarların aktiv cəlb olunması müsbət haldır. 

Dövlətin dəstək mexanizmləri ilə bağlı keçirilən maarifləndirici tədbirlərin vacibliyinə diqqət çəkən Vüqar Zeynalov iştirakçıları praktiki müzakirələrdə aktiv iştiraka çağırıb.

Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktorunun müşaviri Namiq Zeynalov çıxışında bildirib ki, Fondun dəstək verdiyi subyektlər arasında kənd təsərrüfatı məhsullarının istehsalçıları kifayət qədərdir. Bu səbəbdən Fond aqrar sahədə çalışan fermer və sahibkarlarla birbaşa ünsiyyəti təmin edən platformalarda aktiv iştirak edir. 

Fond tərəfindən təqdim olunan layihələrin maliyyələşdirilməsi mexanizmləri barədə məlumat verən Namiq Zeynalov kreditlə bağlı müraciət prosesinin tam elektron sistemə keçdiyini deyib. O əlavə edib ki, istənilən bölgədən olan fermer biznes plan və digər zəruri sənədləri Fondun ofisinə gəlmədən elektron qaydada təqdim edə bilirlər.

Biznes Mərkəzi Klubunun direktoru Rüfət Nadirli bildirib ki, rəhbərlik etdiyi qurum fermer və sahibkarlara PR, media marketinq istiqamətində geniş dəstək verir. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının markalaşdırılması və brendləşdirilməsi istiqamətində məsləhət xidmətləri təklif edən Biznes Mərkəzi Klubu həm də bölgələrdə keçirilən “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda müzakirələrə informasiya dəstəyi verir, fermer və sahibkarları canlı yayımlanan proqramlara qonaq dəvət edir. Rüfət Nadirlinin sözlərinə görə, bölgələrdə keçirilən bu cür məlumatlandırma sessiyaları yerli məhsul istehsalçılarının daha çox tanınmasına, yerli məhsullara marağın yüksəlməsinə müsbət təsir edir. 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov çıxışında işğaldan azad olunmuş ərazilərdə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri barədə geniş məlumat verib. 

O hazırda azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin elan edildiyini xatırladıb, müsabiqələrin şərtləri barədə geniş məlumat verib. 

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermer və sahibkarların meyvəçilik üzrə böyük təcrübəyə sahib olduğunu deyən Vüqar Hüseynov onları bu müsabiqələrdə aktiv iştiraka çağırıb.

“Agrosystems” şirkətinin rəhbəri Köçəri Həsənov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı avadanlıqlarının, o cümlədən soyuducu anbar sistemlərinin istehsalı və satışının subsidiyalaşdırılması dövlətin aqrar sahəyə dəstək mexanizmlərindən biridir. 

Yerli istehsal soyuducu anbar sistemlərinin xarici bazarlara ixrac həcminin ildən-ilə artdığını deyən şirkət rəhbəri “Agrosystems” tərəfindən təkcə böyük təsərrüfatlar üçün deyil, kiçik və orta təsərrüfatlar üçün də maraqlı olan avadanlıqlar istehsal etdiyini xatırladıb, fermerlərin bu avadanlıqları dövlət dəstəyi ilə kifayət qədər uyğun qiymətə ala biləcəyini deyib.

“Caspian Energy Group MMC-nin direktoru Natiq Aydayev kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə dövlətin dəstək mexanizmlərinə həsr olunmuş panel müzakirələri bu sahədə yeni təşəbbüslərin ortaya çıxması baxımından əhəmiyyət kəsb etdiyini deyib. 

O bildirib ki, kənd təsərrüfatına dəstək mexanizmlərinə sahib dövlət qurumları və özəl sektorun nümayəndələrini fermerlərlə bir araya gətirən platformaların təşkili aqrar sektorun inkişafı istiqamətində müsbət addımdır.   

Panel müzakirələr çərçivəsində tərəfdaş qurumların nümayəndələri tərəfindən subsidiya, kredit, lizinq və sığorta mexanizmlərinə dair təqdimatlar keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, özəl maliyyə qurumlarından “Unibank” və “Aqrar Kredit”in nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Fevral 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see271

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see189

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see189

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see188

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see180

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see179

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see178

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see177

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see177

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see176

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see173

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see172

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see171

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see169

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see168

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri